AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mədəniyyət naziri Anar Kərimov Ağdamda vətəndaşları qəbul edib - FOTO

  • + A
  • - A
  • 26-05-2022, 23:35

    Mədəniyyət naziri Anar Kərimov Ağdamda vətəndaşları qəbul edib - FOTO

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həlli ilə əlaqədar müvafiq addımlar atılır.

    Azadmedia.az
    xəbər verir ki, 2022-ci ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəlinə uyğun əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov mayın 26-da Ağdam rayonunun Quzanlı qəsəbəsində Ağdam, Ağcabədi və Laçın rayonlarının sakinləri ilə görüşüb.

    Qəbuldan öncə mədəniyyət naziri Anar Kərimov və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsini ziyarət edərək önünə tər çiçəklər qoyublar.
    Mədəniyyət naziri Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, mərkəzdə ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolara və eksponatlara baxış keçirib. Məlumat verilib ki, rəqs zalı, kompüter otağı, elektron kitabxana, müxtəlif tədbirlərin keçirilməsi üçün iclas zalının mövcud olduğu mərkəzdə, həmçinin 3D kino zalı, konfrans zalı, rəqs studiyası, kompüter və digər müasir avadanlıqla təchiz olunan xidməti otaqlar fəaliyyət göstərir.

    Daha sonra Ağdam rayon Heydər Əliyev Mərkəzində nazirliyin məsul əməkdaşlarının da iştirakı ilə vətəndaşların qəbulu keçirilib. Ağdam, Ağcabədi və Laçın rayonlarından olan sakinlərin müraciətləri əsasən işlə təmin olunma, mədəniyyət müəssisəsinə əlavə ştatların ayrılması və digər məsələləri əhatə edib. Görüşdə həmçinin yerlərdəki incəsənət məktəblərində rəssamlıq ixtisası üzrə tədrisin səviyyəsinin daha da yüksəldilməsi və gənc istedadların üzə çıxarılması ilə bağlı layihə təklifi də irəli sürülüb.

    Anar Kərimov vətəndaşların ayrı-ayrı məsələlərlə bağlı müraciət və təkliflərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qaldırılan məsələlərin operativ, hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

    Nazirliyin fəaliyyət istiqamətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydə alınıb.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR