AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlətin və dövlətçiliyin itirilməsi təhlükəsi - ÖZƏL

  • + A
  • - A
  • 14-06-2022, 10:36

    Dövlətin və dövlətçiliyin itirilməsi təhlükəsi - ÖZƏL

    Dövlətin və dövlətçiliyin itirilməsi təhlükəsi.

    Azərbaycan xalqının qurtuluşu Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulmuşdur. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 iyun Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində, inkişafı da müstəsna rol oynayan, daima xalqına arxalanan Heydər Əlirza oğlu Əliyevdir.
    Heydər Əliyevin adı tariximizə həm də böyük xilaskar kimi düşüb.

    XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı. Xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi hətta milli varlığımızı belə bir-başa hədəfə aldı. Beləliklə 1991-1993-cü illər ölkəmizin müasir tarixində özbaşınalıq, hərc-mərclik, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.
    Ümumilli lider Heydər Əliyev belə bir çətin vəziyyətdə xalqın çağırışına səs verərək Bakıya qayıtdı, xalqımızı, ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi.Həmin gün, sözün həqiqi mənasında ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.

    Əzimova Mənzər Əvəz qızı, Masallı şəhər sakini


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR