AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Qurtuluş Günü Azərbaycan xalqının və dövlətinin yox olmaq təhlükəsindən xilas edildiyi gündür - ÖZƏL

  • + A
  • - A
  • 12-06-2022, 10:47

    Milli Qurtuluş Günü Azərbaycan xalqının və dövlətinin yox olmaq təhlükəsindən xilas edildiyi gündür - ÖZƏL

    Milli Qurtuluş Günü Azərbaycan xalqının və dövlətinin yox olmaq təhlükəsindən xilas edildiyi gündür

    Müasir Azərbaycanın təqviminə qızıl hərflərlə yazılmış günlər heç vaxt unudulmur, xalqın yaddaşına əbədi hopur. Ümumxalq bayramı kimi qeyd etdiyimiz 15 İyun – Milli Qurtuluş Günü bir xalqın, bir dövlətin yox olmaq təhlükəsindən xilas olduğu gündür. İmperiya caynağından övladlarının qanı bahasına qurtularaq müstəqilliyini elan etmiş Azərbaycan həmin illərində təhlükəli, çıxılmaz duruma salınmışdı. Ölkədə hökm sürən siyasi gərginlik, hərc-mərclik, dövlət idarəçiliyini anlamayan, təcrübəsiz, təsadüfi insanların respublika rəhbərliyində təmsil olunması hakimiyyət böhranına gətirib çıxarmışdı. İqtisadiyyatın tamamilə çökməsi, işsizlik, həyat səviyyəsinin ağırlaşması, yalançı vədlər vətəndaşların məmurlara olan etimadını sıfıra endirmiş, məyusluq, etimadsızlığa səbəb olmuşdu. Qanunsuz silahlı birləşmələrin siyasi qüvvə halını alması, cəzasızlıq kriminal ünsürlərə meydan vermiş, cinayətkarlıq ən yüksək səviyyəyə yüksəlmişdir. Belə ağır vəziyyətdə xalqın yeganə ümid yeri yalnız Heydər Əliyev idi. Ölkəni bu bəladan yalnız və yalnız bütün şüurlu fəaliyyətini Azərbaycana xidmətdə keçmiş xalqın əziz və sevimli övladı Heydər Əliyev xilas edə bilərdi. Xalqın təkidli tələbi ilə Heydər Əliyev yenidən hakimiyyətə gəldi. Qısa zamanda ölkə olaraq Azərbaycan dəyişdi: qanunun aliliyi təmin olundu, cinayətkarlıqla mübarizə sərtləşdirildi, ordu quruculuğu prosesinə başlanıldı,vətəndaş məmnunluğu təmin olundu.Ölkənin beynəlxalq siyasəti milli maraqlara uyğun bir şəkildə quruldu, heyrətamiz, inqilabi qlobal əhəmiyyətli, xalqımız üçün son dərəcə vacib nəhəng iqtisadi layihələr dahi Heydər Əliyev qətiyyəti ilə həyata keçirildi. Beynəlxalq münasibətlərdə dəqiq təhlillər üzərində qurulmuş Heydər Əliyev strategiyası həyata keçdi Beləliklə, 1994-cü ilin sentyabrında Ulu öndər Heydər Əliyevin gərgin əməyi sayəsində “Əsrin müqaviləsi”nin imzalanması mərasimi keçirildi. Müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyası ustalıqla həyata keçdi. Bununla yanaşı, Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin təşəbbüskarına və fəal iştirakçısına çevrildi. Ulu öndər Heydər Əliyev hamının heyrət etdiyi bir tərzdə müstəqillik yolunda büdrəmiş, yıxılmış, yüksəlişi möcüzə olan bir ölkəni ayağa qaldıraraq dahiliyini, böyüklüyünü, Vətəninə olan sədaqətini nümayiş etdirməklə dünyaya nümunə olan bir xarizmatik lider obrazını yaratdı.
    Dünyanın siyasi liderləri belə bu dahi Azərbaycan övladının şəxsiyyətinə dərin hörmət və ehtiramla yanaşır, ona heyranlıqlarını belə ifadə etməkdən çəkinmirdilər. Böyük Britaniyanın Baş naziri Toni Bleyer yazırdı: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. Onun Prezident kimi fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərdə tərəqqi yarandı və Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxşılaşdırdı”.
    Qeyd olunanlarla yanaşı, Azərbaycanın tərəqqi yolunda iri addımlarla irəliləməsini təmin edəcək layiqli varis, qətiyyətli lider yetişdirməsi də Ulu Öndərin xalqa olan xidmətinin davamı idi. Məhz Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət, Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, ölkəmizin dünyanın siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapması Ulu Öndərin dərin məzmunlu dövlət strategiyasının tərkib hissəsidir.
    Bu strategiya böyüklüyümüzün, birliyimizin, məğlubedilməzliyimizin xəritəsidir. Bu müqəddəs strategiya ilə Vətənimizi birləşdirdik, həsrətə son verdik, Qarabağımıza qovuşduq və hələ qarşıda daha yüksək hədəflərə nail olacağıq. Yolumuz açıqdır, işıqlıdır. Bu, sarsılmış bir xalqı qurtuluşa çıxaran dahi və sevimli Heydər Əliyev yoludur. Vətən bu əziz övladını heç zaman unutmayacaq”.


    Elşən Akif oğlu Ağayev, Masallı rayuonu, Qızılavar kənd sakini


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR