AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Prezidenti İlham Əliyev: “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi” - ÖZƏL

  • + A
  • - A
  • 13-06-2022, 22:35

    Azərbaycan Prezidenti İlham Əliyev: “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi” - ÖZƏL

    Azərbaycan Prezidenti İlham Əliyev: “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”

    15 İyun – Milli Qurtuluş Günü bir xalqın, bir dövlətin yox olmaq təhlükəsindən xilas olduğu gündür. Bu gün Müasir Azərbaycanın təqviminə qızıl hərflərlə yazılmışdır. Azərbaycan həmin illərində təhlükəli, çıxılmaz durumda idi. Ölkədə siyasi gərginlik, hərc-mərclik hökm sürürdü. Respublika rəhbərliyində təsadüfi insanların təmsil olunması hakimiyyət böhranına gətirib çıxarmışdı. Həyat səviyyəsinin ağırlaşmış, iqtisadiyyat tamamilə çökmüşdü. Ölkədə böhran hökm sürməyə başlamışdı. Xaricdən idarə olunan və respublikada baş qaldıran etnik separatizmin alovlanması Azərbaycanı parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Xalq hakimiyyətin, dövlətin, qurtuluşunun xilasını yalnız H.Əliyev siyasətində nicatının tapılacağına inandı, onun hakimiyyətə gəlişini tələb etdi və buna da nail oldu. Xalq yeganə çıxış yolunu öz böyük oğlunun şəxsiyyətində, qətiyyət və zəkasında görürdü. Xalq və tarix qarşısında məsuliyyət hissindən qorxuya düşən, o biri tərəfdən özünün yaratdığı problemlər məngənəsindən çıxış yolu tapa bilməyən AXC—Müsavat rejimi xalqın bu haqlı tələbinin qarşısında davam gətirə bilmədi. İyunun 9-da Heydər Əliyev Bakıya gəldi, artıq ilk təzahürləri meydana çıxmış vətəndaş müharibəsi alovunu söndürmək üçün Gəncəyə getdi, böyük çətinliklər və iradi qüvvə bahasına böhranın səngidilməsinə nail oldu. 1993-cü il iyunun 15-də müstəqil Azərbaycanın siyasi tarixinin ən məhsul və şanlı günlərindən biri yaşandı. Azərbaycan Respublikası Milli Məclisinin iclasında Heydər Əlirza oğlu Əliyev Ali Sovetin sədri seçildi. Heydər Əliyev müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürdü.Cəmiyyətin bütün təbəqələrinə əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldıraraq, öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub inkişaf təməlini qoydu. Ümummilli Lider Heydər Əliyev dünyaya əsl müstəqilliyin necə olduğunu göstərdi. Ümummilli lider Heydər Əliyev sonralar müstəqilliyimizin bu mərhələsini belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyununda hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı". Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri etdi, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrildi. Xalqımız əziz övladının xatirəsini hər zaman qəlbində yaşadacaqdır. Xalq öz liderinə inanırdı.Bu inamın göstəricisi idi ki, xalq ondan sonra da onun layiqli davamçısının – Prezident İlham Əliyevin ətrafında birləşdi.
    İlham Ağayev,
    Masallı rayonu, Hişkədərə kənd sakini.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR