AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayon Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib - FOTO

  • + A
  • - A
  • 15-06-2022, 20:05

    Masallı rayon Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib - FOTO


    Masallı rayon Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

    Azadmedia.az - İyunun 15-də GİKM-in Masallı nümayəndəliyinin və Masallı rayon Heydər Əliyev Mərkəzinin birgə  təşkilatçılığı ilə keçirilən tədbirdə Masallı rayon Heydər Əliyev Mərkəzin əməkdaşları və gənclər iştirak edib.

    Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbiri giriş sözü ilə açan GİKM-in Masallı nümayəndəliyinin əməkdaşı Orxan Əliyev Milli Qurtuluş Gününün Azərbaycan tarixində olan əhəmiyyətindən danışıb.

    Sonra Masallı Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə çıxış edərək bildirib ki, xalqın təkidi və tələbi ilə Bakıya qayıdan ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri, həmin ilin oktyabrın 3-də isə Azərbaycanın Prezidenti seçilib. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın dövlət müstəqilliyinə olan təhdidlərin qarşısı alınıb və dövlət quruculuğu istiqamətində əsaslı işlər görülüb.

    Sonda gənclərin 15 İyun Milli Qurtuluş Günü haqqında fikirləri dinlənilib, videoçarx izlənilib.







    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR