AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Bakı Qlobal Formu” siyasi tutumuna görə yaddaşlara həkk olunan bir tədbir oldu

  • + A
  • - A
  • 22-06-2022, 11:30

    “Bakı Qlobal Formu” siyasi tutumuna görə  yaddaşlara həkk olunan bir tədbir oldu
    Elşən Səfərov
    YAP Ağcabədi rayon təşkilatının əməkdaşı


    Bildiyimiz kimi iyun ayının 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu keçirilmişdir. Forumda iştirak edən qonaqlar qarşısında geniş məruzə ilə çıxış edən ölkə Prezidenti regionda baş verən hadislərə Azərbaycanın müsbət rolu, həmçinin Ermənistan-Azərbaycan ikitərəfli danışıqlarının hal-hazırki durumu haqda forum iştirakçılarına ətraflı məlumat vermişdir. İlham Əliyevin 44 günlük Qarabağ zəfərindən sonra Ermənistan tərəfinin hələ də daxili və xarici radikal addımlardan geri çəkilmədiklərini, həmçinin regionda sülhün və əmin - amanlığın bərpa olunmasına maneçilik törətdiklərini forum iştirakçıların nəzərinə çatdırdı. Ali Baş Komandan onu da qeyd etmişdir ki, nə qədər Ermənistan tərəfi bu cür radikal addımlarından geri çəkilməyib, Azərbaycan ordusunun Dəmir Yumuruğunu bir daha öz üzərlərində görəcəklər.

    Ulu Öndərimizin layiqli davamçısı möhtərəm cənab Prezidentimiz İlham Əliyevin liderliyi ilə Azərbaycan dövləti qalib, qüdrətli ölkəyə çevrilib. “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!” – deyən cənab Prezidentimiz “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi altında müqəddəs ata vəsiyyətini şərəflə yerinə yetirdi, uzun illərdir beynəlxalq təşkilatlar və güc mərkəzləri tərəfindən ortaya atılan “Qarabağ münaqişəsinin hərbi həlli yoxdur” bəyanatını alt-üst etdi, dondurulmuş münaqişənin birdəfəlik və ədalətli həllinə nail oldu. Bu cür bəyanatlarla hər dəfə Azərbaycanın haqq səsini dünyaya çatdıran Ölkə Prezidenti növbəti dəfə də yüksək tribunadan Bakı Şəhərində səsləndirdi.

    Bu gün Ermənistanın havadarları əsasən qərb yönümlü ölkələr, (erməni lobbisinin tüğyan etdiyi ölkələr) regionda sadəcə Ermənistan hökumətini qızışdırmaq və ara qarışdırmaqla siyasi meydanda qarışıqlıq yaratmaqdan başqa bir işə yaramayan görüntü yaratmaqda olduğu hər kəsə məlumdur. Çünki biz bilirik ki, istər 1-ci Qarabağ müharibəsi dövründə, istərsə də, 2-ci Qarabağ müharibəsi ərzində Ermənistan heç bir zaman öz müstəqil iradəsi və hökmü ilə mübarizə aparmayıb, sanki kimlərinsə tapşırığı əsasında öz mənfur və ağlasığmaz dərəcədə qəddar niyyətlərini Azərbaycana qarşı istifadə etmişdir. Ancaq bütün bu baş verən hadisələrin sonunda Azərbaycan öz haqq savaşını iradəli şəkildə aparmış oldu ki, onun da nəticəsində biz bir Xalq olaraq bütün dünyanın gözü qarşısında öz müstəqilliyimizi 3 rəngli bayraq altında nümayiş etdirmiş olduq.

    Onu da qeyd etmək lazımdır ki, 44 günlük müharibə yalnız döyüş meydanında getmədi, bu müddət ərzində cənab Prezidentimiz İlham Əliyev diplomatiya cəbhəsində də yüksək peşəkarlıqla mübarizə apardı, ölkəmizə olan təzyiqlərə, təsirlərə qarşı özünün siyasi iradəsini, əzmkarlığını nümayiş etdirdi, Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü, Azərbaycan xalqının maraqları çərcivəsində həll oluna biləcəyini bütün dünyaya bəyan etdi.

    Azərbaycan Xalqının şanlı qələbəsini tariximizə üç mühüm faktor yazdı: Müzəffər Ali Baş Komandanımızın indiyədək heç bir siyasi liderdə görünməmiş diplomatik manevrləri, onun qurub yaratdığı şanlı ordumuz və Azərbaycan xalqının sarsılmaz əzəməti! Demək olar ki, bu 3-lü tandem bütün dünyaya Azərbaycan məfkurəsi adlı və yaddaşlardan silinmiyəcək bir tarixi uğur kimi qızıl həriflərlə yazılmış oldu.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR