AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNUN ƏMƏKDAŞI STOKHOLMDA KEÇİRİLƏN BEYNƏLXALQ KONFRANSDA MƏRUZƏ EDİB
Bakı şəhəri,
26 iyun 2022-ci ilAzadmedia.az - AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Mikayılzadə iyunun 25-də İsveçin paytaxtı Stolkholmda keçirilən və Əhməd Cavadın 130 illik yubileyinə həsr olunan “Yol ver Türkün bayrağına! ” adlı XXVII Beynəlxalq elmi konfransda onlayn şəkildə iştirak edib.
Belə ki, L.Mikayılzadə Ədəbiyyatşünaslıq və folklor bölməsinə maderatorluq edib, həm də “İranın müasir bədii nəsrinin formalaşması və inkişafı, onun janr və üslubi xüsusiyyətləri (1953 – 1963-ci illər kontekstində)” mövzusunda məruzə edib.
Nəzərinizə çatdıraq ki, məruzədə İranın müasir bədii nəsrinin formalaşması və inkişafı, onun janr və üslubi xüsusiyyətləri məsələləri nəzərdən keçirilir, XX əsrdə İranın siyasi, sosial, iqtisadi və mədəni həyatına birbaşa təsir edən proseslər araşdırılır, fərqli, yeni ədəbi formaların meydana gəlməsi və inkişafı yolları təhlil edilir. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.