AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Elm Tarixi İnstitutunun “Elm tarixi və elmşünaslıq” jurnalının 3-cü sayı çapa təqdim olunub

  • + A
  • - A
  • 9-03-2022, 11:22

    Elm Tarixi İnstitutunun “Elm tarixi və elmşünaslıq”  jurnalının 3-cü sayı çapa təqdim olunub

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) “Elm tarixi və elmşünaslıq” beynəlxalq elmi-nəzəri jurnalının 3-cü sayı çapa təqdim olunub.

    Redaksiya heyətində Çin, Rusiya, Ukrayna, Polşa və digər ölkələrin akademik qurumlarının və alimlərinin təmsil olunduğu jurnalın yerli və xarici müəlliflərin məqalələrindən ibarət olan üçüncü sayında elm tarixi və elmşünaslığın müxtəlif profillərinə və nəzəri problemlərinə həsr olunmuş yeni araşdırmalar yer alıb.

    Elmi məcmuədə akademik icmanın mühakiməsinə jurnalın Baş redaktoru və təsisçisi, AMEA Elm Tarixi İnstitutunun Baş direktoru, tarix elmləri doktoru, professor Məryəm Seyidbəylinin “Azərbaycanda elm tarixi və elmşünaslığın elmi sahə kimi təşəkkül tapması və inkişafı”, REA S.İ.Vavilov adına Təbiət elmləri və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialının direktoru, sosiologiya elmləri doktoru Nadejda Aşeulovanın “Təbiətşünaslıq və texnika tarixi və fəlsəfəsi Sovet Milli Birliyinin fəaliyyəti prizmasından elm və texnika tarixində Rusiya-Azərbaycan əməkdaşlığı”, AMEA Botanika İnstitutunun Baş direktoru, biologiya elmləri üzrə doktor, professor Validə Əlizadənin “Qarabağ bölgəsinin davamli inkişafinda bitki müxtəlifliyinin qorunmasi və bərpa edilməsi”, Luqansk Dövlət Tibb Universitetinin Humanitar elmlər və bədən tərbiyəsi kafedrasının professoru Zhurba Mıkolanın “Müasir mədəniyyət hüceyrə səviyyəsində: fəlsəfi təhlil”, AMEA Elm Tarixi İnstitutunun Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix elmləri üzrə fəldəfə doktoru, dosent Ziyad Əmrahovun “İrəvan quberniyasinda progimnaziya və gimnaziyalar”, AMEA Elm Tarixi İnstitutunun Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski və həmin şöbənin əməkdaşı sosiologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Səadət Məmmədovanın həmmüəllif olduğu “Elm və elmin sosial problemləri – nəzəri və metodoloji tədqiqatlarin istiqaməti kimi”, AMEA Elm Tarixi İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımovun “Elmi göstəricilərin nüfuzlu elmi reytinq və istinad sistemlərinə inteqrasiyasi və elmi inkişafin gələcək perspektivləri”, Müstəqil araşdırmacı Yusif Mahmudovun “Ekologiya elminin yaranmasi və inkişaf tarixi haqqinda: dünyada və Azərbaycanda”, AMEA Elm Tarixi İnstitutunun Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin elmi işçisi Vahab Fətəliyevin “Qədim və orta əsrlər dövründə “persiya” konsepti adlı məqalələri təqdim olunub.

    Məlumat üçün bildirək ki, elmi jurnalın əsas fəaliyyət istiqaməti elm və texnika üzrə biliklərin genezisi, elmi məktəblərin formalaşması və inkişafı ( AMEA-nın, müxtəlif muzeylərin, institutların yaranması və inkişafı, görkəmli alimlərin həyat və yaradıcılığının təsviri, onların elmi nailliyyətləri), elmi inkişafın qanunauyğunluqlarının öyrənilməsi, elmin populyarlaşdırılması və dünya elmində aparıcı Azərbaycan alimlərinin əsərlərinin nəşr edilməsidir.

    Üç dildə (Azərbaycan, ingilis, rus) tərtib olunan jurnalın qarşıya qoyduğu başlıca vəzifələrindən biri Azərbaycan elminin beynəlxalq akademik ictimaiyyətə çatdırılması, yerli alimlərlə xarici ölkə alimləri arasında elmi kommunikasiyaların yaradılmasıdır.

    Qeyd edək ki, “Elm tarixi və elmşünaslıq" jurnalı “Assos”, “Advanced Sciences Index”, “Academic Recourse Index”, “İndex Copernus” kimi beynəlxalq elmi nəşrlər bazalarında qeydiyyata alınaraq, ümumilikdə 12 indeksləşmə sisteminə daxil edilib.

    Jurnalın elektron variantı ilə https://jhsss.net/ linki vasitəsilə tanış ola bilərsiniz.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR