AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gözəl və zəngin Kəkbəcərim - ÖZƏL

  • + A
  • - A
  • 29-06-2022, 18:53

    Gözəl və zəngin Kəkbəcərim - ÖZƏL


    Gözəl və zəngin Kəkbəcərim


    Tağıyeva Əntiqə- Masallı Tarix –Diyarşünaslıq Muzeyi


    Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları onlardan istismar olunan qızıl yataqları, sənaye əhəmiyyətli ehtiyatları 200 tondan çox olan civə yataqları, mişar daşı istehsalına yararlı tuf yatağı, kərpic istehsalına yararlı gil yatağı, yüngül beton doldurucusu kimi istifadə olunan perlit yatağı, üzlük daş yatağı, qum-çınqıl qarışığı yatağı, gözəl dekorativliyə malik 4 mərmər oniksi nefroid yatağı; 1 obsidian (dəvə gözü) yatağı vardır. Həmin rayonda yerləşən digər civə yatağının ehtiyatları istismar nəticəsində tükənib. Kəlbəcərin turizm sahəsinin inkişafi üçün gözəl təbiəti, əlverişli relyefi, zəngin mineral sulari dövlət iqtisadiyyatı üçün böyük əhəmiyyət daşiyir. Yuxarı İstisu, Aşağı İstisu, kimi çox böyük müalicəvi təsirə malik mineral su yataqları da var. Alagöllər, Qaragöl, Zalxa gölü və s. gölləri var. zirvələri Gamış dağı (3724 m) və Dəlidağdır (3616 m). Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Kəlbəcər İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarındadır.Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının eynidir və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir.


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib.Sanatoriyada görüləcək işlərlə bağlı Prezidentimizə məlumat verilib. 34 hektar ərazidə salınması nəzərdə tutulan “İstisu” İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də planlaşdırılır.Kəlbəcərin İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriya yaradılıb. İşğal dövründə yararsız hala salınan sanatoriya yeni simada tam bərpa olunacaq və əvvəlki şöhrəti qaytarılacaqdır.

    Prezident cənab İlham Əliyev “İstisu” sanatoriyasının təməlini qoyduqdan sonra çıxışında söyləmişdir” İstisu qəsəbəsinin inkişafı ilə bağlı artıq konkret addımlar atılır. İlk növbədə, yeni su zavodunun tikintisi nəzərdə tutulur. Bu gün mən bu su zavodunun təməlini qoydum. Vaxtilə məşhur olan İstisu suyu yenidən buraxılacaq, istehsal olunacaq, Azərbaycanda istehlak olunacaq və ixrac ediləcək. Eyni zamanda, arxada gördüyünüz İstisu sanatoriyasının dağıntılarıdır. Keçən il burada bu dağıntılarla tanış oldum və göstəriş verdim ki, bu yerdə - İstisu qəsəbəsində yeni mehmanxana inşa edilsin və müalicə mərkəzi yaradılsın. Çünki vaxtılə sovet dövründə minlərlə insan gəlib burada dincəlib, öz sağlamlığını bərpa edib, bu gözəl təbiətdən zövq alıb.Bu dağıntılar erməni faşizminin təzahürüdür. Onlar binalarımızı, məscidlərimizi, məktəblərimizi, şəhər və kəndlərimizi dağıdıblar. Bu sanatoriyanı da dağıdıblar. Amma bir müddətdən sonra burada yeni gözəl mehmanxana və müalicə mərkəzi yaradılacaq. Mən hesab edirəm ki, bu, çox vacibdir. Çünki İstisu sanatoriyası və İstisu suyu bu bölgənin rəmzi, Kəlbəcərin təbii sərvəti idi. Bu gün biz - bu torpaqların sahibləri vaxtılə əlimizdən alınmış bütün sərvətləri özümüzə qaytarmışıq. Bütün şəhər və kəndlərimizi yenidən, sıfırdan bərpa edirik və edəcəyik, o cümlədən Kəlbəcər rayonunda, Laçın rayonunda böyük quruculuq işləri gedir.”
    Möhtərəm Prezidentimizin tapşırıqları əsasında bütün Qarabağda olduğu kimi,Kəlbəcərdədə yeni quruculuq işlərinə start verilib və bəzilərinin təməlqoyma mərasimləri qeyd olunub. Bütün infrastruktur layihələr uğurla icra edilir. 4 su elektrik stansiyası istifadəyə verilib. Yenə 5 su elektrik stansiyasının istifadəyə verilməsi təmin ediləcək.Yollar çəkilir,tunellər ,körpülər inşa edirilirvə genişmiqyaslı işlər görülür.Bütün quruculuq işləri ilə bərabər, Ermənistanla bütün sərhəd boyunca yeni mövqelər, yeni postlar quraşdırılır. Aparılan bütün quruculuq işləri Möhtərəm Prezidentimizin uğurlu siyasətinin nəticəsidir.Prezident cənab İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, “görülən işlər xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, bir daha demək istəyirəm, biz bu torpaqların sahibiyik, buraya qayıtmışıq və burada əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!”

    Bəli “Dəmir Yumruq” kimi birləşdik torpaqlarımızı işğaldan azad etdik. “Dəmir Yumruq “kimi Prezidentimizin ətrafında sıx birləşərək işğaldan azad olunmuş torpaqlarımızı qurur və cənətməkana çevirəcəyik.
    Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan xalqı!



    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR