Ilıcalının bu dəfə də sevgilisinin libası gündəm oldu - Foto
Xəbər verdiyimiz kimi, türkiyəli tanınmış aparıcı Acun Ilıcalı aktrisa Ebru Şahin və “NBA” ulduzu Cedi Osmanın toy mərasiminə nikah məmuru olaraq qatılıb.
“Haberler” xəbər verir ki, Acun Ilıcalı toya sevgilisi Ayça Çağla Altunkaya ilə birgə qatılıb.
A.Ilıcalı hər zaman olduğu kimi bu dəfə də sadə qara köynək və şalvarla kifayətlənsə də, sevgilisi Altunyakanın libası maraqla qarşılanıb. Türkiyə mediası 23 yaşlı Altunkayanın həmin günkü obrazının qiymətini araşdırıb və libasın dəyərinin 15 950 lirə (təqribən 1570 AZN), çantanın qiymətinin isə 20 450 lirə (təqribən 2014 AZN) olduğu məlum olub.
Xatırladaq ki, bir neçə gün əvvəl Acun Ilıcalı 550 min dollar dəyərə malik qol saatı ilə gündəm olmuşdu.