İran nömrəsi ilə beynəlxalq yükdaşıma fəaliyyəti göstərən TIR-a yazılan cərimələr teleaparıcı Fərid Rəsula məxsus minik avtomobilinə gəlib.
Bu barədə aparıcı özü məlumat yayıb. O, rəhbərlik etdiyi şirkətin balansında olan “KİA” markalı, 47 AA 105 dövlət qeydiyyat nişanlı avtomobilə Dövlət Yol Polisinin elektron qaydada qanunsuz cərimələr yazdığından şikayətlənib. F.Rəsul qeyd edib ki, eyni nömrə altında İrana məxsus TIR da hərəkət edir və elektron sistem yanlışlıqla həmin yük maşınının qayda pozuntularını qeydə almasından sonra cərimələri eyni qeydiyyat nişanlı minik avtomobilinə yazır: “Dəfələrlə belə cərimələr gəlib və biz məktub yazmaq, bu işlə məşğul olmaq məcburiyyətidə qalmışıq”.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb: “Elektron sistemdə qeydə alınmış yanlışlıq aradan qaldırılıb və bununla bağlı vətəndaş məlumatlandırılıb”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.