AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Ermənilərin Laçın və ətraf kəndlərdəki ekoloji cinayətlərinə region dövlətləri biganə qalmamalıdır”

  • + A
  • - A
  • 21-08-2022, 17:01

    “Ermənilərin Laçın və ətraf kəndlərdəki ekoloji cinayətlərinə region dövlətləri biganə qalmamalıdır”

    Məşhur Məmmədov: “Onların törətdiyi cinayətlər bütün region üçün təhdid təşkil edir”

    “Ermənilərin Laçın və ətraf kəndlərdəki ekoloji cinayətlərinə region dövlətləri biganə qalmamalıdır”.

    Bunu Moderator.az-a açıqlamasında millət vəkili Məşhur Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, ermənilərin törətdiyi yanğın və talanlar bir daha onların əsl xislətini ortaya qoymaqla yanaşı, bütün region üçün də ciddi təhdid təşkil edir:

    “Təbii ki, ermənilərin Laçın və ətraf kəndlərdə törətdiyi yanğınlar, həyata keçirdikləri talan və dağıntılar hər şeydən öncə erməni xislətinin mahiyyətini, iç üzünü ortaya qoyur. Bu yanğın və talanlar göstərir ki, ermənilərin quruculuq, abadlıq, başqa xalqlara, o cümlədən tarixə və təbiətə hörmət hissi ilə heç bir əlaqəsi yoxdur və onlar ancaq talamaq, parçalamaq, yandırıb kül etməyi bacarırlar. Baş verənlər ermənilərin bütün region üçün necə böyük təhlükə mənbəyi olduğunu göstərir.

    Hesab edirəm ki, ermənilərin törətdiyi bu vəhşiliklərə region dövlətləri də səssiz qalmamalı, rəsmi İrəvana öz etirazlarını bildirməli, erməni vəhşiliklərini ifşa etməlidir. Çünki bu gün Laçın və ətraf kəndlərdə baş verənlər bütün region üçün təhdid təşkil edir. Bütün dünyada təbiətin mühafizəsi və ekologiyanın qorunmasının ildən-ilə daha böyük önəm kəsb etdiyi bir zamanda ermənilərin meşə sahələrini məhv etməsi, təbiətə divan tutması bütün bəşəriyyəti narahat edən bir məsələ olmalı və dünya dövlətləri, dünya xalqları bu məsələdə Azərbaycana açıq və birmənalı dəstək ifadə etməlidirlər”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR