İlham Məmmədov
Milli Məclisin deputatıXüsusilə qeyd edilməlidir ki, Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin yürütdüyü düzgün və məqsədyönlü siyasət Azərbaycan xalqının maraqlarına xidmət edir və ölkəmizin uğurlu inkişafını təmin edir. Eyni zamanda bu faktdır ki, Azərbaycan ölkədəki bütün proseslerin beynəlxalq hüquq normalarına uyğun həyata keçirildiyi demokratik və sivil dövlətdir. Məlum olduğu kimi 1980-ci illərin sonu 1990-cı illərin əvvəlində Ermənistanın işğalı və o zamanki siyasi rəhbərliyin səriştəsiz fəaliyyəti nəticəsində 20% torpaqlarımız itirilmiş, bir milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Müstəqil dövlətimizin qurucusu Ulu öndər Heydər Əliyevlə başlayıb möhtərəm Prezidentimizin ali rəhbərliyi ilə davam edən müdrik siyasət nəticəsində 2020-ci il 27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsində doğma Qarabağımız və ətraf diğər dədə-baba yurdumuz olan rayonlarımız düşmən işğalından azad olundu. Həmin zamana qədər dövlətimizin başçısı beynəlxalq platformalarda humanist fikirlər səsləndirərək, məsələnin sülh yolu ilə həll olunması üçün təklif irəli sürsə də Ermənistan rəhbərliyi və onların havadarları laqeyd mövqedə qalırdılar və hətta münaqişənin hərb yolu ilə həll olunmayacağını da kinayə ilə bildirirdilər. Ancaq, Ali Baş Komandanımız cənab İlham Əliyevin böyük siyasəti, peşakar rəhbərliyi və Azərbaycan Ordusunun rəşadəti hesabına doğma torpaqlarımız düşməndən təmizləndi. Ölkə başçısı bu gün işğaldan azad olunan ərazilərimizə müntəzəm olaraq səfərlər edir, orada öz təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərini xüsusi diqqətlə izləyir və nəticədə cənab Prezidentin dediyi kimi Qarabağ cənnətə çevrilir.
Bütün sadalanan uğurların əsasında Prezident-Xalq-Ordu birliyi, vəhdəti dayanır.
Vətən müharibəsində məğlub olan Ermənistan 10 noyabr Bəyanatında özünün kapituliyasiya aktına imza atdı. Cənab Prezidentimizin düzgün siyasəti ilə Ağdam, Kəlbəcər və Laçın rayonları heç bir hərbi münaqişə baş vermədən Azərbaycana qaytarıldı. Ancaq hazırda görünən odur ki, ümumiyyətlə beynəlxalq hüquq normalarına riayət etməyən BMT və digər nüfuzlu təşkilatların qərar və qətnamələrinə hörmətlə yanaşmayan Ermənistan əksinə onları kobud şəkildə pozmuşdur. Eləcə də Cenevrə Konvensiyasının şərtlərini və 10 noyabrda imzalanmış Bəyanatın şərtlərini pozan Ermənistan rəhbərliyi qanunsuz silahlı birləşmələrini azad olunan doğma ərazilərimizdən çıxmaq istəmir. Azərbaycana qarşı daim qərəzli mövqe sərgiləyən bir sıra beynəlxalq təşkilatlar həmişəki kimi, yenə də bu qanunsuzluğa göz yumur. Buna baxmayaraq, Azərbaycan Prezidentinin sözlərilə desək;- Əgər Ermənistanın revanşist qüvvələri baş qaldıracaqsa “Dəmir Yumruq” bir daha onların başını əzəcəkdir.
Ümumilikdə proseslərin sona çatdığı zamanlarda məsələyə obyektiv şəkildə baxsaq görərik ki, yeni yolun tikintisi ilə birlikdə Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması bu əzazilərdən didərgin salınmış on minlərlə məcburi köçkünün təhlükəsiz və ləyaqətli geri qayıdış hüququnun təmininə şərait yaratmaqla yanaşı baş vermiş münaqişədən sonra normallaşma üçün mühüm addım olacaqdır. Ermənilərin işğaldan azad olunan ərazilərimizdə qanunsuz evlər, kilsələr tikməsi etnik və dini zəmində olan ayrıseçkiliyin sübutudur. Ona görədə erməni rəhbərliyinin və xalqının həqiqətlərlə barışıb, reallıqları qəbul etmələri hesab edirəm ki, ilk növbədə onlar üçün yaxşı olacaq. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi toxunulmazdır, bütün dövlətlər və beynəlxalq birliklər bu məsələyə xüsusi hörmətlə yanaşmalıdır.Ermənistan öz üzrəinə düşən məsuliyyəti ciddi şəkildə dərk etməli və bilməlidir ki, Laçın rayonunun Azərbaycana qaytarılması, soydaşlarımızın öz doğma dədə-baba yurdlarına qayıtması hüquqa, haqq-ədalətə və bütün beynəlxalq normalara uyğundur. Çünki Qarabağ və ətraf rayonlarımız əzəli Azərbaycan torpağıdır və azərbaycanlıların doğma məskənidir!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.