AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın ədalətli mövqeyi xarici ölkə diplomatları tərəfindən dəstəklənir

  • + A
  • - A
  • 30-08-2022, 16:29

    Azərbaycanın ədalətli mövqeyi xarici ölkə diplomatları tərəfindən dəstəklənir

    İqbal MƏMMƏDOV,
    Milli Məclisin deputatı


    Bu günlərdə Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə və şəhərsalma potensialından istifadə və ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans keçirilib. Tədbirdə xarici ölkələrin ölkəmizdəki diplomatları və hərbi attaşelər, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Onlar Azərbaycanın azad edilmiş ərazilərində Ermənistanın törətdiyi van­dallıq və vəhşiliklərlə, eyni zamanda, ölkəmizin apardığı tikinti-bərpa işləri ilə tanış olublar. Diplomatlar həm də Şuşanın görməli yerlərinə baş çəkiblər. Təəssüf ki, tədbirə yalnız ABŞ və Fransanın ölkəmizdəki səfirliklərinin əməkdaşları qatılmayıblar.

    Çıxış edənlər ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cənubi Qafqazın ən mühüm şəhərlərindən birinə çevrildiyini, hazırda azad olun­muş ərazilərdə Azərbaycan hökuməti tərəfindən bərpa və yenidənqurma layihələrinin sürətlə həyata keçirildi­yini bildirblər. Bununla yanaşı, 30 illik işğal dövründə kəndlərin və şəhərlərin ermənilər tərəfindən xarabalığa çev­rildiyi, binaların dağıdıldığı, hazırda isə bölgəyə yenidən həyatın qayıtdığı bəyan edilib.

    Tədbirdə ermənilər tərəfindən basdırılmış minaların regionda bərpa işlərinin davam etdirilməsinə maneə yaratmasının qeyd edilməsi xüsusilə böyük əhəmiyyət kəsb edir. Çünki bu gün dünyada heç kəsə sirr deyil ki, Azərbaycan dünyanın minalarla ən çox çirkləndirilmiş ölkərindən biridir.

    Bu tədbir həm də ona görə əhəmiyyətlidir ki, Laçın şəhərinin, Za­bux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi beynəlxalq ictimaiyyətə çatdırılıb, bəyan edilib ki, bu kəndlərdə heç zaman ermənilər yaşamayıb.

    Xarici diplomatların diqqətinə o da çatdırılıb ki, Azərbaycan regionda daimi sülhün, firavanlığın bərqərar olmasına çalışır, Ermənistanın da regional əməkdaşlığın bir hissəsi olmasını istəyir. İki ölkə arasında danışıqlar əsasən sərhədlərin delimitasiyası, humanitar məsələlər, nəqliyyat-kommunikasiya əlaqələriin bərpası və sülh sazişinin hazırlanması istiqamətlərində gedir. Azərbaycanın ədalətli mövqeyi xarici diplomatlar tərəfindən də dəstəklənib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR