Etibar Şirəliyev adına 274 saylı orta məktəb Nəriman Mürsəliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında təhsilin inkışafında hər daima xüsusi xidmətləri olan, eyni zamanda, yüksək nüfuz sahibi olan məktəblərimizdəndir.
274 saylı orta məktəb, hər ötən il təhsil səviyyəsini artırmaqla bərabər, təhsil sahəsində böyük uğurlar qazanan, həmçinin ölkə miqyasında pedaqoqlarının bilik səviyyəsilə hər zaman reytinqli məktəb olub.
Azadmedia.az xəbər verir ki, 274 saylı orta məktəb bu dəfə də respublika üzrə Sertifikasiya imtahanlarından yüksək balla toplamış müəllimləri ilə uğurlu nəticə əldə edib.
Belə ki, 30 avqust, 2022-ci ildən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində yüksək nəticələr əldə etmiş orta məktəb uğurlu nəticələr əldə edən müəllimlərilə yenə də fərqlənib.
Hətta toplamda 60 bal olan Dövlət sertifikasiya imtahanında tam nəticəni əldə edən müəllimləri də olub.
Nəzərinizə çatdıraq ki, ən yüksək nəticə əldə etmiş pedaqoqlar sırasında aşağıdakı müəllimlərin adlarını çəkə bilərik.
İbtidai sinif müəllimlərinin sertifikatlaşdırılması prosesi üzrə keçirilən test imtahanında yüksək nəticə göstərərək maksimum -
60 bal toplayan ibtidai sinif müəllimi Lalə Xələfova, 56 bal toplayan ibtidai sinif müəllimi Vəfa Həmdullayeva, 55 bal toplayan ibtidai sinif müəllimi Nazilə Qarayeva, 57 bal toplayan ibtidai sinif müəllimi Aynur Bədirova, 55 bal toplayan ibtidai sinif müəllimi
Gülnar Ağayeva, 54 bal toplayan ibtidai sinif müəllimi Xuraman Babayeva, 52 bal toplayan ibtidai sinif müəllimi Gültəkin Səmədovanı təhsilverənlərin sertifikatlaşdırılması üzrə test imtahanı mərhələsindən uğurla çıxdıqlarına görə, 274 saylı orta məktəbin direktoru Nəriman Mürsəliyev və məktəb kollektivi, Azadmedia.az xəbər agentliyi, rəhbəri Xəlil Xəlilov və kollektivi adına təbrik edir, pedaqoji fəaliyyətlərində uğurlar diləyirik!
Qeyd edək ki, Sertifikatlaşdırma prosesinə ilkin mərhələdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri cəlb edilib. Sertifikatlaşdırma prosesinin birinci gününün ilk sessiyasına 2696 təhsilverən dəvət olunub. Onlardan 2579 nəfər təhsilverən sertifikatlaşdırma prosesində iştirak edib.
Test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilir.
Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanır.