Azadmedia.az - Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, rayonda 2022-ci ilin yeddi ayı ərzində məşğul əhalinin sayı 106192 nəfərdir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1778 nəfər və ya 1,7 faiz çoxdur. Məşğul əhalinin 14,6 faizi şəhər yerləri üzrə, 85,4 faizi isə kənd yerləri üzrə qeydiyyatdadır. Məşğul əhalinin 60,6 faizi kənd təsərrüfatı, 11,8 faizi ticarət, 5,3 faizi təhsil, 4,9 faizi tikinti və 17,4 faizi isə iqtisadiyyatın digər sahələri üzrə çalışanlardır.
Rayon üzrə işsiz əhalinin sayı isə 5737 nəfərdir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1041 nəfər və ya 15,4 faiz azdır. İşsiz əhalinin 23,3 faizi şəhər yerləri üzrə, 76,7 faizi isə kənd yerləri üzrə qeydiyyatdadır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.