Məşhur Məmmədov
Milli Məclisin deputatıXalq olar yenə gərgin günlərdən keçirik. Erməni təxribatı nəticəsində dünən və bu gün 50 nurüzlü şəhidlərimizi dəfn edirik.
Azərbaycan sərhədlərin delimitasiyası ilə əlaqədar komissiyanın tərkibi ilə bağlı Ermənistana təkliflər vermişdi. Xatırladım ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da açıqlamasında bildirmişdi ki, Brüsseldə Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Avropa İttifaqı Şurası Prezidentinin iştirakı ilə keçirilən görüşdən sonra əldə olunan razılıqlardan biri ondan ibarət idi ki, sərhədlərin delimitasiyasının həyata keçirilməsi ilə bağlı komissiya yaradılsın.
Əvvəl razılığa gəlirlər, sonradan xislətlərinə uyğun olaraq namərdcəsinə danışıqları pozurlar. Lakin cənab Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, Azərbaycan torpaq mövzusunda heç bir güzəştə getməyəcək.
Fransa Respublikasının Prezidenti Emmanuel Makron dünən Prezident İlham Əliyevə zəng edib, Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidentlə əlaqədar narahatlığını ifadə edib. Xarici siyasətdə qətiyyərli ölkə rəhbəri, diplomatik təcrübəsi ilə dəfələrlə nümunə göstərilən dövlətimizin başçısı bu genişmiqyaslı təxribatlara görə məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü və Azərbaycan tərəfindən cavab tədbirlərinin görüldüyünü diqqətə çatdırıb.
Dövlətimizin başçısı Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının gündəliyinə Ermənistanla Azərbaycan arasında sərhəddə yaranmış gərginlik məsələsinin çıxarılacağına toxunaraq, bu müstəvidə müzakirələrin obyektiv əsaslarla aparılmasının vacibliyini bir daha diqqətə çatdırdı. Daha bir sevindirici xəbəri bu gün mətbuatdan oxudum.
Qazaxıstan Xarici İşlər Nazirliyi Ermənistanın müdafiəsinə kiminsə gələcəyini və bununla da onların təxribatlarına haqq qazandıracağına dair İrəvanın ümidlərini puça çıxarıb, xarici işlər naziri Muxtar Tleuberdi jurnalistlərin suallarını cavablandırarkən Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi ilə əlaqədar Qazaxıstan sülhməramlılarının Ermənistana göndərilməsi məsələsinin gündəmdə olmadığını deyib.
Dünya dövlətləri çox yaxşı bilir ki, bu münaqişədə haqlı tərəf Azərbaycandı. Ona görə də gec də olsa, Azərbaycana öz haqq işində dəstək verirlər. Tezliklə sərhədlərin delimitasiyası başa çatacaq. Bu, hər iki ölkənin siyasi, iqtisadi vəziyyətinə müsbət təsir edəcək. Ermənistan anlamalıdır ki, Azərbaycanın dədə-baba torpaqlarını əsl sahibinə qaytarmağın vaxtı, vədəsi yetişib. Bunu nə qədər tez anlasalar, iqtisadiyyatı çökmüş ölkələrini bir o qədər də tez xaos təhlükəsindən xilas edə bilərlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.