AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Görəsən, faciələrimizin səbəblərini öyrənə bilmişikmi?

  • + A
  • - A
  • 15-09-2022, 22:38

    Görəsən, faciələrimizin səbəblərini öyrənə bilmişikmi?

    Ülvi Quliyev
    Milli Məclisin deputatı


    34 il əvvəl Xanın kəndində (Xankəndi) erməni separatizminin baş qaldırmasını və Qarabağın işğal olunmasını, milli qürurumuzun və milli kimliyimizin hədəf seçilməsini mümkün etmiş səbəblər toplusunu görəsən, nəhayət, öyrənə bildikmi? Görəsən, bildiklərimizdən və bu illər ərzində yaşadıqlarımızdan dolğun nəticə çıxarmışıqmı?

    Axı, milli faciələrimizə səbəb olmuşbir çox hadisələr elə də uzaq keçmişdə baş verməyib. Adət-ənənəmizə hörmət edərək, artıq dünyalarını dəyişdikləri üçün adlarını çəkmək istəmirəm. Amma ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycan rəhbərliyinin başında duranlar bir hakimiyyət kürsüsünə görə Kremlin qarşısında mütilik göstərdilər və nəticədə erməni separatizmi Qarabağda baş qaldıra bildi. O zaman ölkəmizə rəhbərlik edənlər yenə də öz kreslolarına görə, ermənipərəst Qorbaçovun diqtəsi və tapşırığı ilə milli maraqlarımızı unudub Heydər Əliyev şəxsiyyətinə qarşı savaş açdılar, davamlı şəkildə onu təqib etdilər. Çünki Mixail Qorbaçovdan üzüyola alət kimi istifadə edən erməni əsilli köməkçiləri çox yaxşı bilirdilər ki, Heydər Əliyev hakimiyyətə qayıdarsa, Qarabağa aid bütün məkrli planları alt-üst edəcək. 90-cı illərin əvvəlində isə yalnız Heydər Əliyev şəxsiyyətinə görə “yaş senzi” məsələsi ortalığa atıldı. O şəxsiyyətə görə ki, onun Azərbaycana rəhbərliyi dövründə erməni separatizmi dizini yerdən qaldıra bilməmişdi. O zaman bəziləri tez-tez demokratiya deyərək utanmadan iddia edirdilər ki, 75 yaş Prezidentlik üçün son həddir. Bu cürabsurd iddianı təbliğ edənlərin arasında sonradan ölkə rəhbərliyinə gələn AXC-Müsavat hakimiyyətinin təmsilçiləri də az deyildi. Görəsən, demokratiyanın beşiyi sayılan ABŞ-da son iki seçkidə hakimiyyətə gələnlərin və orada hələ də hakimiyyətə iddialı olanların yaşınahəmin camiyə indi də eyni mövqedən yanaşırmı?

    Erməni separatçılığına şərait yaradan və Qarabağın işğalını mümkün edən əsas səbəblərdən biri də ümumxalq birliyinə nail ola bilməməyimiz idi. Xalqımızın azadlıq hərakatı dalğasında ölkə rəhbərliyinə gələ bilmiş AXC-Müsavat hakimiyyəti də bunu edə bilmədi. Çünki hakimiyyətin verdiyi bəyanatlarlaonları həyata keçirə bilmək bacarığı arasında bərabərlik işarəsini qoymaq mümkün deyilsə və səriştəsizlik ucbatından səni seçən xalqın etimadını qısa müddətdə itirirsənsə, milli birliyə heç vaxt nail ola bilməzsən. Bu yaxınlarda Youtube kanallarından birində bir debatı izlədim. Kanalın qonaqları ozamankı siyasi və hakim camiyənin iki tanınmış təmsilçisi idi. Aparıcıjurnalist bir-birini təhqir edən, AXC-Müsavat hakimiyyətinin iç mətbəxinin gizlinlərinin üstünü açan opponentlərə qulaq asdıqdan sonra haqlı olaraq bildirdi ki, “bu cür münasibətlər və idarəçilik ortada ola-ola, 11 ay hakimiyyətdə qala bilmisinizsə, böyük işdir”. Həqiqətən də, amalın nə qədər saf olursa-olsun, amma onları həyata keçirmək üçün idarəçilik bacarığı və siyasi komanda birliyi yoxdursa, milli həmrəyliyə nail ola bilməzsən. Həm də buna görə xalqımız o hakimiyyətə heç bir il olmamış etimadsızlıq göstərdi.

    44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər sübut etdi ki, bugünkü Azərbaycan milli qürurumuzu istənilən gücün və güclərin qarşısında qorumağa qadirdir. Bu nəticəyə görə xalqımızın möhtəşəm birliyinə, qəhrəman Ordumuza, bu birliyi və gücü Dəmir Yumruğunda birləşdirməyə müvəffəq olan Prezident İlham Əliyevin qətiyyətli Lider keyfiyyətlərinə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, uzun ömür versin.

    Uç onillik ərzində Qələbə əldə etməyimizə qəsdən mane olmuş xarici amillərə bu yazıda toxunmaq istəmirəm. Amma sadaladığım daxili tarixi faktorların Qələbəmizdə oynadığı rolun əhəmiyyətini düşmən də, onun havadarları da çox gözəl bilir. Ona görə hər vəchlə çalışırlar ki,Xalqımızın və Ordumuzun Prezidentimizə olan inam və dəstəyinə zərər yetirib birliyimizə nifaq salsınlar. Təəssüf ki, içərimizdən olan bəzilərindən bu məkrli planda istifadə olunur. Ən acınacaqlısı isə odur ki, belələri alət kimi istifadə olunmaqdaözləri də həvəsli görünürlər. Bunu o şəxslər edir ki, vaxtilə təmsil olunduqları hakimiyyətin bağışlanılmaz səhvləri və qətiyyətsizliyi ucbatından torpaqlarımız işğal edilmişdi, xalqımız isə vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. İndi onlardan bəziləri, başda AXCP sədri Əli Kərimli olmaqla siyasətçi və azərbaycanlıadına yaraşmayan açıqlamalar verməklə yalnız erməniləri sevindirirlər.Sonra da düşmən onların dediklərini əllərində bayraq edib sosial şəbəkələrə və beynəlxalq tribunalara çıxarır, ustalıqla xalqımıza və dövlətimizə qarşı istifadə edirlər. Əli Kərimliyə bağlı olan, xüsusən də xaricdən yayımlanan Youtube kanallarının efirlərində erməni dezinformasiya maşınının dəst-xəttinə tam uyğun şəkildə tirajlanır ki, sentyabrın 12-13-də təxribat törədən və təcavüz edən Ermənistan yox, guya Azərbaycandır. Bunu eşidəndə normal insan çıldırmaq dərəcəsinə çatır. Həm də deyirlər ki, niyə bu qədər şəhid vermişik. Bunu ona görə demirlər ki, əzizlərini itirən ailələrin, xalqımızın acısını bölüşürlər. Ona görə deyirlər ki, təki cəmiyyətimizdə sabitlik pozulsun, onların hakimiyyəti dövründə olduğu kimi,qarışıqlıq və başıpozuqluq yaransın. Axı, belələri üçün bulanıq suda balıq tutmaq həmişə asan olub. Bunlar üçün vacib olan şəhid və qazi ailələrinin acısı deyil. Vacib olan odur ki, necə olursa-olsun, Qələbəmizin açarı olan Xalq-Prezident-Ordu birliyinə kölgə düşsün. Vətən uğrunda canını qurban verən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz xalqımızın, dövlətimizin, hər birimizinşərəf və qürur mənbəyidir.Ayıb olan odur ki, dediyim şəxslər şəhid ailələrindən və qazilərimizdən siyasi mübarizədə təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Axı, kim bilməsə də, vaxtilə az da olsa hakimiyyətdə olmuş bu şəxslər yaxşı bilirlər ki, müharibə istənilən hakimiyyət və onun dayaqları üçün ciddi sınaq deməkdir. Elə bu səbəbdən, Əli Kərimli və onun yol yoldaşları uzun illər ərzində məhz bu amili qabardaraq iddia edirdilər ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə torpaqlarımızın bir qarışı da işğaldan azad olunmayacaq. Deyirdilər ki, İlham Əliyev hakimiyyətinə təhlükə olmasın deyə, müharibə etməz. Elə həmin şəxslər indi də deyirlər ki, niyə Xankəndiyə girmədik. Amma bunu deyərkən, yüzlərlə şəhid verə biləcəyimizi və mövcud beynəlxalq konyukturanı bilərəkdən unudurlar. Qəsdən onu da unudurlar ki, Ali Baş Komandan İlham Əliyev daha çox şəhid verməməyimiz, daha çox qazilərimizin olmaması üçün Ağdam, Laçın və Kəlbəcərin qansız-qadasız azad edilməsinə nail oldu. Bütün bunları bilsələr də, dillərinə gətirmirlər. Gətirmədikləri bir yana, Ermənistan rəsmilərinin dediklərini eynilə təkrarlayıb erməni marağından çıxış edirlər. Ya da Ermənistanın arxasında dayanan müxtəlif siyasi dairələrin anti-Azərbaycan, ermənipərəst mövqelərindən hali olduqlarına görə, bu dairələrin qarşısında xal qazanmağa çalışırlar. Hətta fərz etsək ki, qəhrəman Azərbaycan ordusu dövlət maraqlarımızı və torpaqlarımızın təhlükəsizliyini təmin etmək üçün nəzəri baxımdan hansısa hərbi təşəbbüs planı üzərində düşünməyə məcbur olub, bunu ictimailəşdirən istənilən azərbaycanlı ordumuza, dövlətimizə və ümummilli maraqlarımıza ermənidən də artıq zərbə vurur.

    Ermənistanın bundan sonra da təxribatlarını davam etdirəcəyi qənaətində olduğuma görə, bu həssas dönəmdə mənəvi baxımdan hər birimiz üçün ağrılı olan bu mövzunu uzatmaq istəmirəm. Baxmayaraq ki, onların səhvləri, qəbahətləri və günahları dediklərimlə bitmir. Düşmənin və havadarlarının sevinməsinə yenidən səbəb olmamaları üçün onlara müraciət edirəm. Əgər Azərbaycan vətəndaşı olaraq ölkəmizin siyasi məkanında qalmaq istəyirsinizsə, öz ölkəmizin rəsmi məlumatlarına istinad edin və onları Ermənistanın dezinformasiyalarından üstün tutun. Yox, əgər hesab etmirsinizsə, onda Paşinyanın mövqeyindən çıxış edin...

    Daha dəqiq anlaşılmam üçün o şəxslərə Ulu Öndər Heydər Əliyevin bu müdrik kəlamını xatırlatmaq istərdim. O deyirdi:“Böyük siyasəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz”. Düşünürəm ki, zaman-zaman sitat gətirdiyim Uinston Çörçillin dəyərli kəlamlarından birini də xatırlatmaqda fayda var. O isə belə deyirdi: “Böyük hadisələr və kiçik insanlar dövründə yaşayırıq”. Görünən odur ki, nə qədər təəssüflənsək də, deyəsən, indi də belədir...

    O biri tərəfdən, elə yaxşı ki, belədir. Çünki tarixdə şəxsiyyətlərin rolunu inkar etməklə özünütəsdiq yolunu seçən kiçik insanların fonunda Müzəffər Komandanlar daha əzəmətli görünür.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR