Yaponiyada “Talas” qasırğasının fəsadları nəticəsində azı iki nəfər həlak olub və bir nəfər də itkin düşüb.
Bu barədə AzadMedia.az “Kyodo” agentliyinə istinadən xəbər verir.
Qeyd olunur ki, ölüm hallarının hamısı Sidzuoka prefekturasında qeydə alınıb.
Məlumata görə, daha 3 nəfər bədən xəsarətləri alıb.
Son 12 saatda prefekturada 400 mm-dən çox yağıntı düşüb.
“Talas” qasırğası Yaponiyanın qərb, mərkəz və şərq hissələrində dəmir yolu əlaqəsini sıradan çıxarıb.
Bizi Telegramda izləyin
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.