AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda hotel qiymətləri bahalaşıb? – VİDEO

  • + A
  • - A
  • 30-09-2022, 08:32

    Bakıda hotel qiymətləri bahalaşıb? – VİDEO


    Rusiyada qismən səfərbərlik elan edildikdən sonra xarici ölkələrə axın edən rusiyalılar arasında Azərbaycanı seçənlər də var.

    Ölkəmizin quru sərhədləri bağlı olduğundan şimal qonşumuzdan Azərbaycana gəlmək ancaq hava yolu ilə mümkündür. Buna baxmayaraq, artıq Azərbaycanda Rusiya vətəndaşlarının artımı müşahidə olunur.Maraqlıdır, bu axın hotel qiymətlərinə necə təsir edib?

    Hazırda paytaxtda olan hotellərin bir çoxu Rusiya vətəndaşları tərəfindən bron edilib. Bu faktı Hotellər və Restoranlar Assosiasiyanın rəhbəri də təsdiq edib.

    Assosiasiyanın idarə heyətinin sədri Samir Dübəndinin sözlərinə görə, hotel qiymətləri mənzillərə nəzərən baha olduğu üçün rusiyalılar daha çox mənzillərə üz tuturlar:

    “Axın davam edərsə, bu hal qiymətlərə təsir edə bilər”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR