AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Medianın İnkişafı Agentliyində Mətbuat Şurasının sədri ilə görüş keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 1-10-2022, 00:23

    Medianın İnkişafı Agentliyində Mətbuat Şurasının sədri ilə görüş keçirilib - FOTOLAR


    Medianın İnkişafı Agentliyində Mətbuat Şurasının sədri ilə görüş keçirilib.

    Azadmedia.az - Sentyabrın 30-da Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində Mətbuat Şurasının sədri Rəşad Məcidlə görüş keçirilib. Görüşdə media sahəsində qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
    Agentliyin İcraçı direktoru Əhməd İsmayılov medianın inkişafı istiqamətində atılan ardıcıl addımlardan, dövlətin bu sektora sistemli dəstəyindən, jurnalistlərin peşəkarlığının artırılması, beynəlxalq təcrübənin mənimsənilməsi sahəsində görülən işlərdən danışaraq Mətbuat Şurası ilə birgə layihələrin icrasında maraqlı olduğunu vurğulayıb.

    Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, medianın inkişafı ilə bağlı görülən işlər Azərbaycan mətbuatının, ölkəmizdə jurnalist peşəsinin gələcəyinə olan ümidləri əhəmiyyətli dərəcədə artırır. Bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirən Rəşad Məcid birgə əməkdaşlığın faydalı olacağına əminliyini ifadə edib.

    Görüşdə gələcək perspektivlər və səmərəli qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR