Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton bildirib ki, Rusiya prezidenti Vladimir Putin nüvə silahından istifadə edəcəyi təqdirdə öz əli ilə intihar məktubunu yazacaq.
AzadMedia.az Bizim.Media-ya istinadla xəbər verir ki, o, bu barədə CBS News-a müsahibəsində bildirib.
“Düşünürəm ki, biz bunu təkcə Putinə deyil, həm də Rusiya rəhbərliyinə, ruslara açıq şəkildə bildirməliyik: əgər Putin nüvə silahından istifadəyə icazə verərsə, o, intihar məktubunu yazacaq”, - Bolton deyib.
Bolton qeyd edib ki, Putin artıq “hədəf siyahısında”dır, çünki Rusiyada əsas qərar qəbuletmə mərkəzidir.
"Putin Rusiya silahlı qüvvələrinə komandanlıq edir. Bu baxımdan o, qanuni hərbi hədəfdir”, deyə o vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.