Cümə axşamı Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Macron, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel arasında keçirilmiş görüşdən sonra verilən bəyanatda deyilir ki, Ermənistan və Azərbaycan BMT-nin nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Almatı Bəyannaməsinə sadiqliklərini təsdiq edirlər, Fransa Prezidentinin saytının yaydığı bəyanatda vurğulanıb. Almatı Bəyannaməsi 1991-ci il dekabrın 21-də imzalanıb. Bu, əslində SSRİ-nin dağılmasını rəsmiləşdirdi və MDB-nin yaradılmasını elan edən sənəd kimi qiymətləndirilir. Bəyannaməni imzalayan dövlətlər bir-birinin ərazi bütövlüyünü və o dövrə mövcud olan sərhədlərin toxunulmazlığını tanımağa və hörmət etməyə söz veriblər.
Bəyannaməni keçmiş SSRİ-nin 12 respublikası imzalayıb. "Onlar təsdiqləyiblər ki, oktyabrın sonunda sərhəd komissiyalarının Brüsseldə keçiriləcək növbəti iclasında bu razılaşma sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq", - bəyanatda deyilir. Sənəddə o da bildirilir ki, Ermənistan-Azərbaycanla sərhəddə mülki Aİ missiyası göndərilməsinə razılıq verib. Azərbaycan da bu missiya ilə əməkdaşlığa razılaşıb. Məlumata görə, Aİ missiyası oktyabr ayında gələcək və maksimum iki ay müddətində işləyəcək və onun məqsədi "güvən yaratmaq və hesabatları vasitəsilə sərhəd komissiyalarına töhfə vermək" olacaq. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı Praqa görüşü liderlərin avqustda baş tutmuş Brüssel görüşündən bir müddət sonra Azərbaycan Ermənistan sərhədində 200-dən çox hərbçinin ölümü ilə müşayiət olunan iki günlük toqquşmalardan sonraya təsadüf edir. Praqada dördtərəfli görüş iki dəfə keçirilib və ilk görüşdən sonra İlham Əliyev Azərbaycan mətbuatına müsahibə verib. İlham Əliyev deyibki, Ermənistandan "xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər".Azərbaycan Prezidenti bu görüşdən sonra Azərbaycan mediasına açıqlamasında vurğulayıb ki, o, sülh müqaviləsini "çoxcildli yox, bir neçə maddədən ibarət yığcam sənəd"kimi görür.
"Vaxt keçir, bizim təşəbbüslər heç də asan irəliləmir, xarici işlər nazirlərinin birinci görüşü konkret nəticələr verməsə də, hesab edirəm ki, bu, müsbət addımdır.Düşünürəm ki, yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar, biz ilin sonunadək razılaşmaya nail ola bilərik".Görüşdən sonra Ermənistan Baş naziri Nikol Pashinyan bəyanat vermədən Rusiyada keçirilən MBD dövlət başçılarının görüşünə yollanıb, yerli rəsmi mənbələr bildirib. Praqa sammtindən bir gün əvvəl Nikol Paşinyan Ermənistan parlamentində onun komandasının təklif etdiyi "sülh gündəliyi" proqramına sadiq qaldığını deyib. İlham ƏliyevAzərbaycan mediasına müsahibəsində deyib ki, görüşlər zamanı sülh müqaviləsi üçün Azərbaycanın Ermənistana təklif etdiyi beş prinsiplə bağlı heç kimin, nə Ermənistanın, nədə Avropa İttifaqının heç bir sualı olmayıb: "Bu gün Fransa Prezidenti ilə görüş zamanı mən gördüm ki, bu beş prinsip qəbul edilir.
Bu, təbiidir, çünki biz yeni heç nə icad etməmişik. Bu, münasibətləri normallaşdırmaq istəyən dövlətlər arasında münasibətlərə əsaslanan prinsiplərdir". İlham Əliyev dördtərəfli görüşü sülhə çatmaq üçün önəmli tədbir kimi qiymətləndirib. Biz xalq olaraqda hər zaman sülhdən yana olmuşuq.İşğal olunmuş torpaqları da qan tökmədən almağa çalışmışıq.ama gedişat istədiyimiz kimi olmadı. Bu uğurda neçə-neçə oğullarımız canlarından keçdi. Bizlər onların əziz ruhu qarşısında baş əyirik. Bizim istəyimiz müstəqil və bütöv bir Azərbaycanımızdır.
YAP Masallı rayon Təşkilatı Masallı RİH
Ərazi Partiya Təşkilatının sədr müavini
Əzimov Arif İsmayıl oğl