AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin sədri Sahibə Qafarova Moldovanın Baş naziri ilə görüşüb

  • + A
  • - A
  • 10-10-2022, 19:19

    Milli Məclisin sədri Sahibə Qafarova Moldovanın Baş naziri ilə görüşüb

    Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 10-da ölkəmizdə səfərdə olan Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitsa ilə görüşüb.
    Milli Məclisin sədri Moldova Respublikasının Baş nazirini salamlayaraq, Azərbaycan ilə Moldova arasında əlaqələrin hazırki səviyyəsi haqqında danışıb. Spiker ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayaraq, bu il ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümünü qeyd etdiyimizi diqqətə çatdırıb. Spiker müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafında dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyətini xüsusi qeyd etdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR