AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Yol polisləri deputatlara hörmət edir"

  • + A
  • - A
  • 11-10-2022, 18:34

    "Yol polisləri deputatlara hörmət edir"


    “Bəzi yol polislərinin yerli-yersiz avtomobilləri saxlaması, avtonəqliyyat vasitələrinin arxasınca düşüb qovması, haqlı narazılıq yaradır”.

    Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

    Deputat bildirib ki, son zamanlar yol gedərkən bu mənfi hallara şahidlik edir: “Ən qəbuledilməz hal avtonəqliyyat vasitəsini qovmaq və ya arxasınca düşüb saxlatdırmaqdır. Bu sahədə mənə xeyli şikayətlər daxil olur və hələ bu məsələləri xeyli şəkildə yumşaldıb dilə gətirirəm. Qeyd edim ki, yol polisləri millət vəkillərinə hörmətlə yanaşır və narazılığımız yoxdur. Sadəcə, bu məsələləri çoxsaylı sürücülərin maraqları üçün deyirəm. Avtomobili qovmaq təhlükəlidir və insan tələfatına gətirib çıxara bilər. Məntiqimə görə, şübhəli şəxsi, cinayətkarı qovmaq və həbs etməyə çalışmaq olar. Amma, bir sürücü tabe olmadısa, digər hərəkət iştirakçılarına da təhlükə yaradaraq onu qovmağa ehtiyac yoxdur. Bütün Azərbaycan kameralarla əhatə olunub. Asanlıqla o yol hərəkəti pozan avtomobili müəyyən edib, aidiyyatı üzrə dəvət edib, cərimələmək mümkündür”.

    Deputat avtomobil yollarında DYP postlarının missiyasına əlavə xidmətlərin əlavə edilməsini təklif edib: “Bu postların avtonəqliyyat sahiblərini saxlamaq və cərimələmək üçün saxlanılmasının vacibliyi get-gedə zəifləyir. Çünki, əslində onların gördüyü işi radarlar tam olaraq yerinə yetirə bilir. Buna görə də bu postlarda ana və uşaq otağının, əsas dərman preparatlarının satıldığı bir güşənin, vəziyyəti ağırlaşan avtonəqliyyat sahiblərinin müvəqqəti dincələ biləcəyi bir otağın təşkil edilməsini, icbari sığorta xidmətinin və digər təklif edilə biləcək xidmətlərin göstərilməsini istərdim. Bu posta yaxınlaşan sürücü qayda pozuntusu ilə bağlı yalnız narahatlıq hissi yox, həm də xidmət görüb xoş hisslər keçirsin. Bu həm də polis ilə vətəndaşlar arasında daha böyük dostluq körpüsünün yaradılmasına yardımçı olar”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR