Mən Əl-Səid (Səudiyyə Ərəbistanı - red) rejiminə xəbərdarlıq edirəm ki, davranışlarınıza diqqət edin və mediaya nəzarət edin, əks halda İrandakı etirazların əksi sizə də təsir edəcək.
Bunu İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Baş Komandanı General-mayor Hüseyn Salami deyib.
O, SEPAH-ın Araz çayı yaxınlığında davam edən hərbi təlimlərində iştirakı zamanı çıxışında bildirib ki, təlim xalqın təhlükəsizliyi üçündür: "Qonşularımıza mesaj veririk ki, bizim siyasətimiz hamı ilə dostluq, qardaşlıqdır, düşmənlər bizə qarşı sui-qəsd etmədikcə bu siyasət davam edəcək. Biz bizimlə düzgün əlaqədə olan istənilən ölkə və güclə qardaşıq və qonşularımızdan problemlərini qarşılıqlı əlaqə və mülki üsullarla həll etmələrini xahiş edirik. Bizim bu sahədə marağımız var və ərazinin bir küncündə nəsə baş verərsə, bizim də maraqlarımız risk altındadır, deməli, biz neytral deyilik və öz maraqlarımızı müdafiə edirik".
Salami əlavə edib ki, regionun coğrafiyasında hər hansı bir dəyişiklik İranın qırmızı xəttidir: "Sionistlər bəzi cənub ölkələrimizə, eləcə də qərb və şimaldakı bəzi qonşu ölkələrə sızıblar və qonşularımız deyə bilər ki, israillilərin mövcudluğu bizim təhlükəsizliyimiz üçün təhlükə yaratmır, lakin İsrailin təbiəti belədir. Qonşu ölkələrə İsraili İslam torpaqlarına buraxmamağı tövsiyə edirik, çünki onlar etibarsızlıq yaratmağa çalışırlar".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.