“Azərbaycanın Fransadakı səfiri vəzifəsinə təyinata görə Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”.
Bu barədə Leyla Abdullayeva bildirib.
“Bu yüksək etimadı doğrultmaq, Azərbaycan-Fransa münasibətlərinin inkişafına töhfə vermək üçün əlimdən gələni əsirgəməyəcəyəm”, - səfir qeyd edib.
Xatırladaq ki, Leyla Abdullayeva Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi idi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.