Gecə saatlarında rus qoşunları Nikolayevə raket zərbəsi endirib, bir nəfər həlak olub.
Bu barədə Nikolayev Regional Hərbi Administrasiyasının rəhbəri Vitali Kim məlumat yayıb.
"Nikolayev gecə saatlarında yenidən S-300 raketləri ilə atəşə tutulub. İki mərtəbəli bina vurulub. Dağıntılar altından kişi cəsədi tapılıb, axtarış-xilasetmə əməliyyatları davam edir", - Kim deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.