18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.
Azadmedia.az - Masallı Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə tarix boyu müstəqilliyimiz, torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Masallı Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyeva, Masallı rayon Dəmirçi kənd ümumi orta məktəbin direktor müavini, tarix müəllimi İradə İmanbəyli çıxış edərək Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, 1991-ci il oktyabrın 18-də "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul olunması prosesinin tarixi əhəmiyyətindən danışıb, həmçinin dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində Azərbaycan xalqının keçdiyi çətin, lakin şərəfli yoldan söz açıb.