Rusiya Prezidenti Vladimir Putin Ukraynanın ilhaq olunmuş Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində hərbi vəziyyət elan edib.
Rusiya Prezidenti Vladimir Putin ilhaq edilmiş Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində hərbi vəziyyət elan edilməsi haqqında fərman imzalayıb.
Rusiya Təhlükəsizlik Şurası ilə görüşdə danışan Putin Ukraynada hərbi əməliyyatı sürətləndirmək üçün Baş nazir Mixail Mişutsinin rəhbərliyi ilə koordinasiya komitəsi quracaqlarını açıqlayıb.
Putinin imzaladığı fərmana əsasən, Rusiyanın Ukrayna ilə sərhədinə yaxın Krasnodar, Belqorod, Bryansk, Voronej, Kursk və Rostov vilayətlərində, həmçinin Ukraynanın ilhaq etdiyi Krım və Sevastopolda da giriş-çıxışlar məhdudlaşdırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.