AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonu Heydər Əliyev Mərkəzində açıq tarix dərsində Kəlbəhüseynli kənd məktəbinin şagirdləri iştirak ediblər - FOTO

  • + A
  • - A
  • 25-10-2022, 14:12

    Masallı rayonu Heydər Əliyev Mərkəzində açıq tarix dərsində Kəlbəhüseynli kənd məktəbinin şagirdləri iştirak ediblər - FOTO


    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, Ulu Öndərin zəngin irsinin öyrənilməsi məqsədi ilə Masallı rayon Heydər Əliyev Mərkəzində oktyabrın 25-də keçirilən növbəti açıq tarix dərsində Kəlbəhüseynli kənd tam orta məktəbinin şagirdləri iştirak ediblər.

    Əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tarix dərsində şagirdlərə ümummilli lider Heydər Əliyevin ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr barədə məlumatlar çatdırılıb.

    Tədris prosesində şagirdlər, həmçinin Ulu Öndərin təşəbbüsü ilə Azərbaycanda milli neft strategiyasının əsasının qoyulması, “Əsrin müqaviləsi”nin imzalanması, aqrar sahədə islahatların həyata keçirilməsi və digər məsələlər barədə də ətraflı məlumatlar əldə ediblər.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR