AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Cümhuriyyət bayramın mübarək, qardaş Türkiyə!"

  • + A
  • - A
  • 29-10-2022, 11:22

    “Cümhuriyyət bayramın mübarək, qardaş Türkiyə!"
    Məşhur Məmmədov,
    Millət vəkili


    1923-cü il oktyabrın 29-da Mustafa Kamal Atatürk hər ilin 29 Oktyabr gününü Cümhuriyyət bayramı olan Türk millətinə hədiyyə etmişdir və beləliklə “Suverenlik qeyd-şərtsiz Millətə məxsusdur”, demişdir.

    Belə ki, Cümhuriyyətdən öncə dövləti imperiya idarə edirdi və Atatürkün Cümhuriyyəti elan etməsi ilə xalq idarəetmədə söz haqqına sahib olmuşdur. Səsvermə hüquqlarından istifadə edərək millətvəkillərini seçmişdilər və bununla də idarəetmədə söz sahibi olmuşdular. Millət vəkilləri ilə görüşdükdən sonra isə Mustafa Kamal Atatürk Cümhuriyyət təklifini məclisə təqdim etmişdir. Elə bu təklif məclis tərəfindən qəbul edilmiş və Osmanlı dövlətinin adı dəyişdirilərək Türkiyə Cümhuriyyəti adını almışdır. Türkiyə Cümhuriyyətinin ilk cumhurbaşqanı isə Mustafa Kamal Atatürkdür. 29 oktyabr 1923-cü ildə Cümhuriyyətin elan edilməsi 101 top atışı ilə qeyd olunmuşdur. Məhz, həmin vaxtdan bəri hər il oktyabrın 29-u qardaş ölkədə böyük şövq ilə qeyd olunur. Beləliklə, millətlərin özlərini idarə etdikləri və idarə edən insanı müəyyən edən idarəetmə formasına “cümhuriyyət” deyilir.

    Qeyd edim ki, Cemhuriyyət, bugünki adı ilə Respublika dünya ölkələrində tətbiq oluna bilən ən humanist və ən demokratik idarəetmə formalarından biridir. Hətta ən yaxşısı da demək olar. Çünki respublikada bir seçim azadlığı var.

    Bəli, Atatürk cümhuriyyəti elan etməklə, Türk cəmiyyətinin bugünki firavan və sivil həyatına gedən yolda ən böyük qapını açmışdır..

    Türkiyədə Cümhuriyyətin qurulması ulu öndər Mustafa Kamal Atatürkün 1919-cu il mayın 19-da Samsuna getməsi və Qurtuluş Müharibəsini başlatması ilə başlayır və böyük mübarizələr sonunda 29 oktyabr 1923-cü il tarixində elan edilmişdir.

    Cümhuriyyət fəzilətdir, eyni zamanda müasirliyin göstəricisidir, həm də demokratiyanın bünövrəsidir. Cümhuriyyət xalq, birlik, qardaşlıqdır.. Hər daim irəli getmək, həmişə ədalətli paylaşım deməkdir və o, demokratiya ilə yetkinləşir. Haqqın və ədalətin bərqərar olmasıdır. Həmçinin acıya, zəhmətə, əziyyətə birlikdə dözmək, xoşbəxt günlərə birlikdə gülməkdir. Cümhuriyyət məhz, müstəqillik savaşının bəhrəsidir və azadlığın təminatıdır.

    Bugün qardaş Türkiyə Ulu Öndər Mustafa Kamal Atatürkün liderliyi ilə yoxluqdan çıxardığı möcüzənin adı olan Cümhuriyyətin 99-cu ildönümü qürurunu yaşamaqdadır. Məhz Cümhuriyyət coşqusu 100 illik yubileyi öncəsi dünən başlayan qutlamalarla dünyanın dörd bir yanına yayıldı. Ulu Öndər Atatürk, 29 oktyabr 1923-cü ildə Cümhuriyyətin qəbul edildiyi Türkiyə Böyük Millət Məclisinin iclasında, o gün belə demişdi: “
    Türkiyə Cümhuriyyəti dünyada əldə etdiyi mövqeyə layiq olduğunu qazanacagı nailiyyətlərlə sübut edəcəkdir.
    Türkiyə Cümhuriyyəti xoşbəxt, müvəffəq və müzəffər olacaqdır”. Bugün bu ifadələr cənab prezident Recep Tayyip Erdoğanın Öndərliyində tam mənasında əksini tapıb.

    Cümhuriyyətinin 99-cu ili qutlu olsun qardaş Türkiyə!

    Türkiyə Cümhuriyyətinin 99-cu ildönümündə başda Qazi Mustafa Kamal Atatürk olmaqla vətən torpağı uğrunda qəhrəmanlıqla mübarizə aparan qaziləri rəhmətlə yad edir, şəhidlərə Allahdan rəhmət diləyir, 29 Oktyabr qardaş ölkənin Cümhuriyyət Bayramını təbrik edirəm.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR