DİN Göygöldəki bıçaqlanma ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun verdiyi məlumata görə, oktyabr ayının 30-da Göygöl rayon sakini İlqar Bayramovun müxtəlif bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə Göygöl rayon Polis Şöbəsinə məlumat daxil olub.
Məlumat ilə əlaqədar polis əməkdaşları dərhal həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakini, yetkinlik yaşına çatmayan Q. Əliyev saxlanılıb.
Hazırda istintaq davam etdirilir.
***10:14
Göygöldə toydan sonra bıçaqlanma hadisəsi baş verib.
Rayon sakini 1986-cı il təvəllüdlü İlqar Bayramov 5 bıçaq zərbəsi alaraq xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin kafi olduğu bildirilir. Hadisəyə səbəb bıçaqlanan şəxsin digərinə tərs baxması olub.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.