Elnur Kələntərovun layihəsi 1-ci yerə layiq görüldü - FOTO
Milli Olimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə İdman Filmləri və Proqramları Festivalının mükafatlandırma mərasimi keçirilib.
Azadmedia.az xəbər verir ki, tədbirdə ölkənin idman ictimaiyyəti, tanınmış idmançılar və KİV nümayəndələri iştirak ediblər.
Belə ki, Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Elnur Kələntərovun layihə rəhbəri olduğu Olimpiya Himninin klipi festivalda İLİN ƏN YAXŞI KLİPİ nominasiyasında 1-ci yerə layiq görülüb.
Klipin premyerası 11 noyabrda Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunacaq dövlət tədbirində baş tutacaq.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR