Milli Məclisin İnzibati binasında "Zəfər Güşəsi" nin açılış mərasimi keçirildi
AzadMedia.az xəbər verir. Milli Məclisin İnzibati binasının foyesində “Zəfər Guşəsi”nin açılış mərasimi keçirildi. Milli Məclisin sədri Sahibə Qafarova qırmızı lenti kəsərək “Zəfər Guşəsi”nin açılışını etdi. “Zəfər Guşəsi”nin yuxarı hissəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır!” ifadəsi öz əksini tapıb. Mərkəzdə Vətən müharibəsində qazanılmış Zəfər münasibəti ilə Milli Məclisdə təsis olunmuş orden və medallar sərgilənib. Guşənin hər iki tərəfində müharibədə şəhid olmuş Vətən övladlarının adları həkk olunmaqla, işğal dövründə dağıdılmış binalar, azad olunmuş ərazilərdə aparılan möhtəşəm quruculuq və bərpa işləri fotoşəkillərdə öz əksini tapıb. Guşənin önünə tər çiçəklər düzərək, Vətən müharibəsində şəhid olmuş qəhrəman övladlarımızın xatirəsi ehtiramla yad edildi.