AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Səudiyyə Ərəbistanının Beynəlxalq İran Araşdırmaları İnstitutunun direktoru Şərqşünaslıq İnstitutunda olub - FOTO

  • + A
  • - A
  • 10-11-2022, 22:30


    Səudiyyə Ərəbistanının Beynəlxalq İran Araşdırmaları İnstitutunun direktoru Şərqşünaslıq İnstitutunda olub - FOTO



    Səudiyyə Ərəbistanının Beynəlxalq İran Araşdırmaları İnstitutunun direktoru Şərqşünaslıq İnstitutunda olub.

    Azadmedia.az - Noyabrın 10-da AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Səudiyyə Ərəbistanının Beynəlxalq İran Araşdırmaları İnstitutunun direktoru Mohammed Alsulami ilə görüş keçirilib.

    Səudiyyəli alim ilk olaraq AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüb. G.Baxşəliyeva qonağa Azərbaycanın ərəb ölkələri ilə elmi, mədəni əlaqələrindən söz açaraq, bu əlaqələrin möhkəmlənməsində şərqşünas alimlərin mühüm rolunu qeyd edib. O, rəhbərlik etdiyi institutda ərəb ölkələrinin, həmçinin İranın tarixi, iqtisadiyyatı, ərəb və fars dilləri və ədəbiyyatları ilə bağlı aparılan tədqiqatlardan, nəşr olunan kitablardan söz açıb, müəssisələr arasında əlaqələrinin genişləndirilməsinin hər iki tərəfə fayda verəcəyini bildirib.

    Mohammed Alsulami təmsil etdiyi institutun fəaliyyəti barədə məlumat verib. O, Şərqşünaslıq İnstitutunda ərəbşünaslıq və iranşünaslıq sahəsində aparılan tədqiqatları yüksək qiymətləndirib.

    Sonra Mohammed Alsulami Şərqşünaslıq İnstitutunun əməkdaşları ilə görüşüb. Görüşdə Səudiyyə Ərəbistanının Beynəlxalq İran Araşdırmaları İnstitutu haqqında ətraflı danışan qonağa, daha sonra şərqşünas alimlər öz elmi fəaliyyətləri ilə bağlı məlumat veriblər. Sonda Mohammed Alsulami görüş iştirakçılarının suallarını cavablandırıb.






    Vüqar Məmmədov,
    AMEA Şərqşünaslıq İnstitutunun
    ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı,
    filologiya üzrə fəlsəfə doktoru


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR