AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

YAP dünyada yeganə və tək partiyadır ki, siyasəti bütün bəşəriyyətə fayda verir

  • + A
  • - A
  • 11-11-2022, 19:08

    YAP dünyada yeganə və tək partiyadır ki, siyasəti bütün bəşəriyyətə fayda verir

    Diqqət etsək görərik ki, Yeni Azərbaycan Partiyası təkcə Azərbaycan dövləti, xalqı, milləti üçün deyil, bütün bəşəriyyət üçün faydalı işlər görür, çalışır. Prezident İlham Əliyevin ciddi şəkildə, israrlı təşəbbüsü ilə artıq hiss edirik ki, bu gün bütün dünya sülhə meyllənib, sülh şəraitində, müharibəsiz mehriban şəkildə birgə yaşayışa can atır. Yeni dünya düzənində Prezident İlham Əliyev böyük söz sahibidir, fikirlərinə və tövsiyələrinə yüksək səviyyədə hörmət olunur, əməl olunur, Ondan tez-tez məsləhətlər verməsi xahiş olunur. Prezident İlham Əliyevin dünyada məşhur olması, sevilməsi bütün Türk xalqları üçün müsbət haldır, baş ucalığıdır. Uca Allahın təkcə Azərbaycan dövləti, xalqı, milləti üçün yox, bəşəriyyət üçün göndərmiş olduğu dahi şəxsiyyət, unudulmaz liderdi Prezident İlham Əliyev.

    Bundan sonra da dünya, bəşəriyyət Cənab Prezident İlham Əliyevdən faydalanacaq, Müzəffər Prezidentin bundan sonra da, daha çox töhfəsi olacaqdır bütün dünyaya, dünya xalqlarına.

    Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü münasibətilə başda Cənab Prezident olmaqla, bütün üzvlərini səmimi qəlbdən təbrik edirəm, Onlara möhkəm can sağlığı, xoşbəxt və firavan həyat arzu edirəm. Hərkəs bilir, əmindir ki, YAP-nın uğurları əbədidir, daimi olacaqdır!

    Hörmətlə Mircalal Mehdiyev Ağa oğlu.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR