Dr. Sübhan Talıblı
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı “Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatıb” -deməsi, istər Türk Dövlətləri Təşkilatı səviyyəsində, istərsə təşkilatın məsələyə münasibəti baxımından, istərsə də Azərbaycan Respublikasının xarici siyasətində, xüsusilə də çoxtərəfli diplomatiyasında əsas istiqamət, strateji hədəf olduğunun bariz nümunəsidir.
Bu sözləri
Azadmedia.az-a açıqlamasında AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı deyib.
S.Talıblının sözlərinə görə, İran və Cənubi Azərbaycanda milli hüquqlarından, ana dilində təhsil alma və s. hüquqlarıdan mərhum olan güneylilərə işarə edən Prezident qeyd edib ki,Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Onun fikrincə, məhz İranda 40 milyon azərbaycanlının hüquqlarını pozan molla rejimi Türk Dövlətləri Təşkilatında “Cənubi Azərbaycan”ı hədəfləyən strateji ideyanı aktivləşdirməli idi.
“Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Prezident əlavə edib ki, Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır”. Bundan başqa Azərbaycan dövlətinin xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirdiyini vurğulayan Prezindet İlham Əliyevin "Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrinin heç vaxt kəsməmələri üçün səylərimizi davam etdirəcəyik” bildirməsi, bir daha onu göstərir ki, həmAzərbaycan dövlət başçısı, həm Azərbvaycan Respublikası, həm də Azərbaycan xalqı Güney Azərbaycan məsələsinə həmişə həssas, doğma, bütövlük hissi ilə yanaşmış və bundan sonra Bütöv Azərbaycan məsələsi ideoloji hədəf, müstəqilik, azadlıq, bütövlük konteksi ətrafında əməli addımlar atacaqdır”.
S.Talıblı İranda Azərbaycanlılarım mili hüquqları məsləsinə diqqət çəkməklə qeyd edib ki, İranda yaşayan azərbaycanlıların sayı ilə bağlı bu günə kimi rəqəmlər dəqiq olaraq İran statistikasında verilməmişdir. Çünki İranda əhalinin etnik tərkibi haqqında məlumatların doğru verilməmişdir.
“İranda Cənubi Azərbaycanı əyalətlərə bölərək kiçik-kiçik edərək, tarixi yer adlarımızı, sosial-iqtisadi vəziyyəti ağırlaşdıraraq, ana dilindən və milli haqlardan və s. mərhum edərək güneylilərə qarşı siyasət həyata keçirmişlər. Belə ki, 1906-cı ildə İranda inzibati ərazi bölgüsü aparılarkən böyük əraziyə malik olan Güney Azərbaycan ölkənin ən böyük əyaləti olan Şimal əyalətinin tərkibinə daxil edilir. Türkiyə Nizami Ordu nümayəndəliyinin 1927-ci ildə tərtib etdiyi “İran Azərbaycanı tətbiq raporu” adlı kitabda Azərbaycanın 12 vilayatə bölünməsi göstərilir. Bundan başqa 1932-ci Güney Azərbaycan Şərqi və Qərbi Azərbaycan əyalətlərinə, 1937-ci ilin noyabrında 6 ostana -Azərbaycan ərazisi 3-cü və 10-cu bölgə ilə bilrikdə şimal-qərb ostanında daxil edilir, 1937-ci ilin dekabrında 10 ostan və 49 şəhristana, Zəncan Gilan ostanına, Həmədan isə Kürdüstan ostanına, Ərdəbilin Səfarud adlanan bölgəsi Rəşt şəhristanına, Azərbaycanın mərkəzi Təbriz olmaqla 3-cü ostan olan Şərqi Azərbaycana, mərkəzi Urmiya olmaqla 4-cü ostan olan Qərbi Azərbaycana birləşdirilir, 1938-ci ildə 17 ostana bölgüdə Zəncan mərkəzi ostana qatılır, 1940-cı illərdə Saqqız bölgəsi Mahabaddan ayırlıb Sənəndəc şəhristanına, 1950-ci illərdə əvvəlcə 11, daha sonra 14 ostana Astara Gilana, Savə Tehrana qatılır, 1960- ildə 3-cü və 4-cü ostanlar Şərqi Azərbaycan və Qərbi Azərbaycan ostanlarına, 1960-1970-ci illərdə 13 ostana, əvvəl 8, daha sonra isə 11 fərmandarlığa (qubernatorluq) və 151 şəhristana Həmədan və Zəncan əvvəlcə fərmandarlıqlar, 1973-cü ildə ayrıca ostana, 1968-ci ildə isə Ərdəbil şəhristanına aid olan Astara şəhəri də ayrıca ostan olur bölərək ərazilərimiz hissə-hissə edərək xalqımızı paran-paran etmişdilər. Lakin bu siyasət şah zamanında olduğu kimi, İran İslam Respublikası qurulundan sonra da davam etdirilərək ölkə əvvəlcə 24, daha sonra isə 28 ostana bölünmüşdür. 1990-cı illərin əvvəllərində Güney Azərbaycan ərazisi əsasən Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Həmədan, Zəncan ostanlarına, 1993-cü ildə Ərdəbil, Qəzvin Zəncan ostanından ayrılaraq ayrıca müstəqil əyalətə çevrilir. İİR-in Statistika mərkəzinin 2006-cı ilin hesablamaları üzrə nəşr etdirdiyi “ərazinin və əhalinin ümumi hesablanmasına” əsasən ölkə 30 ostan, 336 şəhristan, 889 bəxş, 2400 dehestan, 1012 şəhər, 63904 kiçik yaşayış mərkəzinə (Güney Azərbaycanın ərazisinə 6 ostan, 62 şəhristan daxil edilir” bölünmüşdür”.
Tarixi faktlara istinad edən S.Talıblı İran islam Respublikasının Konstitutsiyasının XII fəslin 15-ci maddəsinə diqqət çəkib.
“İran xalqının rəsmi müştərək dili və xətti farsdır. Sənədlər, məktublaşmalar, rəsmi mətnlər və digər kitabları bu dil və xətlə olmalıdır. Lakin yerli və etnik dillərin fars dili ilə yanaşı işlənməsi mətbuat, kütləvi informasiya vasitələri və milli ədəbiyyatın məktəblərdə tədrisində azaddır”, XIII fəslin 19-cu maddəsində isə “İran xalqı hansı etnik qrup (qövm) və qəbilədən asılı olmayaraq bərabər hüquqa malikdir, rəng, irq, dil və bu kimi amillər kimsəyə üstünlük (imtiyaz) vermir” verilsə də, lakin bugünə kimi İranda sayca əhalinin yarısını təşkil edən türklərin və digər xalqların mili hüquqların, mənəvi haqları, ana dili, milli kimliyi, ana dilində təhsil və s həll olunmayıb.
M.Məhəmmədi “Güney Azərbaycan məsələləri” kitabında yazır ki, “1995-ci ildə İran Ali Təhlükəsizlik Şuarsının katibi Əli Laricanin rəhbərlik etdiyi İran dövlət televiziyasının keçirdiyi rəy sorğusu zamanı paylanan anketlərdə türklər qeyri-adi məxluqlar kimi təqdim olunmuş, onlarla birlikdə yaşamaq və ailə qurmaq məsələsi ictimai rəy predmetinə çevrilmişdi. 2000-ci ildə İran Xarici İşlər Nazirliyi tərəfindən nəşr olunmuş bir kitabda türk sözünün mənası “əl-üzünü yumayan”, “tərli və namaz qılmayan” kimi verilmişdi”.
2006-ci ilin mayında rəsmi “İran” qəzetində türklərin təhqir kimi karikarularda (müəllifi Mana Neyistani) verilməsi Cənubi Azərbaycanda etirazlara səbəb olmuş, milli hərəkatın başlanğıcında yeni mərhələ olmuşdur. Bu hadisələri “milli qiyam” və ya “milli dirçəliş” adlandırmışdılar. Çünki Rza şah hakimiyəyindən hazırki İran Respublikası dövründə də xalqımızın milli hüquqlardan, ana dilindən, mədəni hüquqlarından mərhum edilməsi, ana dilində təhsilin qadağan olunması, qeyri-fars millətlərə qarşı şovinist siyasəti aparılır.
İran rəhbərliyinin “Azərbaycan İranın başıdır”, Azərbaycan “İranın fəxri” müharibədə, seçkilərdə, siyasi təbliğatda deyilməsinin şahidi olmuşuq, lakin əməldə isə Cənubi Azərbaycanın sosial-iqtisadi inkişafının, həm də azərbaycanlıların hüquqlarının qorunması yalnız sözlərdə olmuşdur”.
Tarixçi alim bildirib ki, hələ ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdəki fəaliyyətində Azərbaycan, dünyada yaşayan, xüsusilə də cənubi azərbaycanlılara həssalıqla yanaşmışdır.
“Onun təşəbbüsü və planı əsasında 1976-cı ildə Azərbaycan SSR-də “Cənubi Azərbaycan” məfhumu həm elmi, həm siyasi termin kimi rəsmiləşdirilmiş, Azərbaycan Yazıçıları İttifaqı, Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsi, AMEA-nın Ədəbiyyat və Şərqşünaslıq institutlarında müvafiq şöbələr təsis edilərək fəaliyyətə başladımışdır. Dr. S.Bayramzadə “Heydər Əliyevin azərbaycanşılıq ideyasında Güney Azərbaycan” adlı məqaləsində yazır ki, “H.Əliyevin yeni vəzifəyə təyinatı ilə bağlı Azərbaycan və azərbaycançılıq ətrafında beynəlxalq dairələrdə hay-küyə səbəb olan təbliğat kampaniyalarına rəvac verildi. İran əsilli Mehrdad Azəri adlı müəllif fars dilində çap etdirdiyi “Azərbaycan və istismarçıların yeni nəğmələri” adlı kitabında bu həssas məsələlərə işarə edərək yazırdı: “1982-ci ilin 23 noyabr səhəri BBC radiosunun şərhçiləri SSRİ-nin İran Azərbaycanına da göz dikmələri barədə danışır və Əliyevin iki Azərbaycanın bütövlüyü barədə fikirlərini ortaya qoyurdular. Bu şərhlər zamanı o da deyildi ki, guya SSRİ baş nazirinin müavini (H.Əliyev nəzərdə tutulur – S.B.) keçən ilin yayında Sovet Azərbaycanında olan xarici diplomatlarla görüşü zamanı onlara Sovet Azərbaycanının nailiyyətlərindən danışmış, eyni zamanda İran Azərbaycanındakı geriliyi, yoxsulluğu təəssüf hissi ilə qeyd etmişdir. Sonda isə demişdir ki, Sovet Azərbaycanı xalqı iki Azərbaycanın birliyini (o milli-mənəvi birliyi nəzərdə tutmuşdur – S.B.) və İran Azərbaycanı xalqının da rifah və səadət içərisində yaşamasını arzu edir”.
Ümumiyyətlə qeyd etmək lazımdır ki, Ulu öndər təhlükəsizlik orqanlarında xidməti fəaliyyəti zamanı İranda yaşayan azərbaycanlılar, xüsusilə də cənubi azərbaycanlılar həmişə diqqət mərkəzində olmuşdur. Cənubi Azərbaycan problemini tarixi, nəzəri-praktiki, ideoloji, sosial-iqtisadi baxımdan dərindən bilən H. Əliyevin xüsusi xidmət orqanlarında fəaliyyət göstərdiyi andan Cənubi Azərbaycanda fəaliyyət göstərmiş, azərbaycanlıların siyasi və ictimai təşkilatlarının yaradılmasında, onlar arasında müstəqillik, birlik ideyalarının formalaşmasında, azərbaycançılıq ideyaların gücləndirilməsində mühüm rol oynamışdı. Hakimiyyəti illərində Heydər Əliyevin Cənubi Azərbaycan məsələsinə, Cənubi Azərbaycandan olan ziyalılara xüsusi qayğı göstərmiş, cənub mövzusunun diqqətdə saxlamış, elmi araşdırmaların aparılmasına, həm sovet, həm də müstəqilik döründə həmin ideyanın yayılmasına kömək edir, alim, yazıçı və şairləri cənub mövzusunda yazmalarına dəstək olmuş, Cənubi Azərbaycandan olan şair və yazıçıların məişət şəraitinin yaxşılaşdırılması məqsədilə sərəncamlar verərək, onları mənzillə təmin etmiş, İrana və Cənubi Azərbaycan şəhərlərindəki kitabxanalara nəşrlər göndərilməsi və s. sahələrdə xidmətləri olmuşdur. Ulu öndər müsahibələrinin birində qeyd edir ki, “Yadımdadır, Moskvada olan səfirliklərin böyük bir qrup diplomatı Bakıya gəlmişdi. Mən onları qəbul etdim. Deyəsən, İtaliyanın səfiri idi, mənə belə bir sual verdi: “Siz Cənubi və Şimali Azərbaycanın birləşməsinə necə baxırsınız?” Dedim ki, bu bir xalqdır, müəyyən səbəblərdən ikiyə bölünüb. Bu xalq bir-birindən ayrı qala bilməz. Şübhəsiz ki, vaxt gələcək, birləşəcək...”.
Ümumilli lideri Heydər Əliyev siyasətini davam etdirən Cənab Prezidentimiz də dediyi, “Dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımızı, - on milyonlarla qan qardaşlarımızı, - dəstəkləyəcəyik. Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlıların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik"- fikri, bir daha Azərbaycan dövlət başçısının dünya azərbaycanlılarına, o cümlədən cənubdakı soydaşlarımıza diqqətin əyani sübutudur”.
S.Talıbli bildirib ki, İranda bütün təqib, təzyiq, həbs, işgəncə və hədələrə baxmayaraq soydaşlarımızın milli qüruru, milli-mənəvi haqları sınmamış və bu günə qədər də davam etmişdir.
“Hər il Ana dilində təhsil tələbi ilə boykot edilmə kompaniyası, 21 Azərin (12 dekabr) ildünümü, Beynəxalq Ana dili günü, hansı ki, 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi ilə bağlı hadisə, UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilmişdir. Hər il iyulun 6-ı Azərbaycanın qəhrəmanı Babək Xürrəmdinin doğum günü ilə əlaqədar Babək qalasına -Bəzz qalası, Qaradağ mahalının Kəleybər qəsəbəsi yaxınlığında yerləşən qala- yürüş, icazə verilməməsinə və maneələr baxmayaraq Xocalı faciəsi ilə bağlı Terhrandakı Ermənistan səfirliyi önündə aksiyalarım keçirilməsinə cəhdlər, may hadisələri ilə bağlı, Azərbaycan tanınmış ictimai-siyasi xadimləri ilə əlaqəli mitinq, nümayiş, yürüş, tədbirlərin keçirilməsi onu bir daha göstərir ki, cənubdakı soyadaşlarımızın həmişə milli azadlıq, milli vətənpərvərlik, ana dili uğurunda mübarizə və mücadilələri sönməmiş, bunu şəfərlə davam etdirirlər”.