Milli Məclisin deputatı Ramil Həsən mandatının ləğv edilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.
Bunu Modern.az-ın sorğusuna cavab olaraq MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib.
O qeyd edib ki, yaxın günlərdə MSK-nın iclasında bu məsələyə baxılıb, qərar veriləcək.
Qeyd edək ki, Ramil Həsən iyul ayında Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxstanın paytaxtı Astana şəhərində keçirilən 14-cü plenar sessiyasında təşkilatın yeni Baş katibi seçilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.