PKK terror təşkilatı İstanbuldakı hücumda hər hansı əli olduğunu inkar edib.
AzadMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, noyabrın 13-də İstanbulun mərkəzindəki İstiqlal küçəsində baş verən partlayışda şübhəli bilinən şəxs saxlanılıb PKK ilə əlaqəsinin olduğunu etiraf edib.
Lakin sözügedən qruplaşma bunu rədd edib: "PKK-nın Taksimdə İstiqlal küçəsində baş verən partlayışla heç bir əlaqəsi yoxdur".
Qeyd edək ki, terror nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.