AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Eks-nazirin məhkəməsi: Yoxlamalar zamanı 20 min aldı...

  • + A
  • - A
  • 14-11-2022, 19:34

    Eks-nazirin məhkəməsi: Yoxlamalar zamanı 20 min aldı...


    Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Elşən Əliyev ifadə verib.

    O bildirib ki, müəllim işləyir, 15 saylı cəzaçəkmə müəssisəsində məhkumlara dərs deyir. Onun sözlərinə görə, bundan əvvəl "Şahbulaq" MMC-yə direktor təyin olunub.

    Şahid deyib ki, şəhid ailələrinə evlərin tikilməsi üçün müqavilə bağlayıb. Bildirib ki, müqavilə bağlanandan sonra orada işdən çıxıb, evlərin tikintisində iştirak etməyib. Şahidin sözlərinə görə, MMC-nin təsisçisi Şahin Hüseynovun təklifi ilə MMC-yə gəlib, orada işlədiyi müddətdə heç bir ödəniş almayıb. Şahid qeyd edib ki, MMC-də heç bir maliyyə işinə qarışmayıb.

    İstintaq sənədlərinə görə, MMC-nin 12350 manat çatışmazlıq yaranıb. Şahid bu çatışmamazlıqdan xəbəri olmayıb.

    Digər şahid İbrahim İsmayılov deyib ki, əmisi Teyyub İsmayılovun rəhbərlik etdiyi "Araz İnşaat" MMC-də işləyib. Onun sözlərinə görə, şəhid ailələri üçün 23 evin tikintisinin aparılması üçün tenderdə qalib olublar. Qeyd edib ki, hər evə görə nazirliyin tikilməkdə olaqda olan obyektlər idarəsini rəisi Natiq Əzizova 3 min manat olmaqla, ümumilikdə 69 min manat veriblər.

    Şahid qeyd edib ki, Şamaxı rayonunda yarımçıq evlərin bərpası üçün MMC-yə 345 min manat köçürülüb: "Həmin məbləğ görülən işə görə az oldu. Buna görə də pulu geri qaytardıq. Pulu Fuad Əlizadəyə (DSMF-nin Bakı şəhərində hüquqi şəxslərlə iş üzrə departamentinin audit şöbəsinin müdiri - red.) veriblər. Onlar özləri yarımçıq evlərin bərpa etdilər".

    Daha sonra ifadə verən şahid Elçin Əliyev deyib ki, Dövlət Əmək Müfəttişliyinin regional mərkəzinin Ucar rayon şöbəsinin rəisi olub. Onun sözlərinə görə, ərazi üzrə 120-130 müəssisədə yoxlama keçiriblər. O bildirib ki, Dövlət Əmək Müfəttişliyinin rəis müavini Anar Quliyevə il ərzində 800 manat qəzet pulu verib: "Həmin pulu da öz şəxsi hesabından verirdim. Anar müəllimin özünə pulu birbaşa verməmişəm. Zəng edib ki, sürücüm regiona gələcək, pulu onunla göndər. Məndə pulu sürücü ilə gömdərmişəm. Həmin pulu Nəşriyyatda qəzetlərə çatdırıb".

    Şahid ifadəsində əlavə edib ki, müəssislərdə apardıqları yoxlamalar zamanı heç kimdən rüşvət almayıb.

    Digər şahid, 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi olmuş Cəfər Əliyev deyib ki, müəssisəslərdə yoxlamalar baş idarə tərəfindən təsdiqlənib. Onun sözlərinə görə, Dövlət Əmək Müfəttişliyinin Xidmət sektor müdiri Emil Allahverdiyev onların işinə müdaxilə edib: "İri müəssisəsləri Emin Allahverdiyevin özü yoxlayıb. Yoxlamalarla bağlı müəssisəslərin siyahısını biz təqdim edirdik. Onlar isə təsdiqləyirdilər. İri müəssisələri özləri yoxlaylrdılar. Eşitdiyimə görə iri müəssisələrdən Emil Allahverdiyevin özü nəsə alıb".

    Bu zaman onun istinataqa verdiyi ifadəsi elan olunub. Həmin ifadəyə görə, Nizami rayonunda iri müəssisələri yoxlamağa Emil Allahverdiyev özü iri müəssisələrdə yoxlamaya gedib, yoxlamaların müsbət həll olunması üçün 20 min manat alıb.

    Növbəti proses noyabrın 21-ə təyin olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR