AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zelenski G20 liderlərini müharibəni dayandırmağa çağırdı

  • + A
  • - A
  • 15-11-2022, 10:28

    Zelenski G20 liderlərini müharibəni dayandırmağa çağırdı


    Bu gün İndoneziyanın Bali adasında G20 sammiti başlayıb.

    AzadMedia.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski videobağlantı ilə sammitdə çıxış edib.

    O öz çıxışında sammitdə iştirak edən G20 ölkələrinin rəhbərlərini öz liderliklərini gücləndirməyə və onun təklif etdiyi sülh planına uyğun olaraq Rusiya ilə münaqişəni dayandırmağa çağırıb.

    Zelenski, həmçinin Rusiya ilə əsir mübadiləsini “hamının hamıya” prinsipi ilə həyata keçirməyi təklif edib.

    Qeyd olunur ki, V. Zelenskinin münaqişənin dinc yolla nizamlanması və hərbi əməliyyatların dayandırılması ilə bağlı yeni tələblərinə Zaporojye AES-də radiasiya təhlükəsizliyinin bərpa edilməsi, Rusiyanın enerji resursları ilə bağlı ən yüksək qiymət həddinin tətbiq edilməsi və “taxıl sazişi”nin genişləndirilməsi olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR