Masallı Təhsil Fondunun əməkdaşları ilə növbəti görüş keçirilib.
Azadmedia.az-ın cənub bürosunun verdiyi xəbərə görə, 18 Noyabr 2022-ci il tarixdə Masallı Təhsil Fondunun direktoru fondun əməkdaşları ilə növbəti görüş keçirib.
Belə ki, görüşdə Masallı Təhsil Fondunun direktoru Hüseyn Hüseynov, Masallı Təhsil Fondunun əməkdaşı Rəmzi Şahverdiyev, Hekayət Nəzərov və digərləri iştirak ediblər.
Görüşdə fondun direktoru Hüseyn Hüseynov
tərəfindən müzakirə olunacaq məsələlər barədə ümumi məlumat verilib. Müzakirə məsələlərinə - 2022/2023-ci tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetlərində təhsil alan tələbələrin təhsil səviyyəsi, I və III kursda təhsil alan tələbə qızların Fondun əməkdaşları ilə olan mövcud əlaqələri, Masallı şəhər 70 saylı seçki dairəsinə daxil olan rayon ümumtəhsil məktəblərinin 9, 10 və 11 –ci siniflərində təhsil alan şagirdlərə kömək məqsədi ilə test kitablarının verilməsi kimi işlər daxil edilib.
Nəzərinizə çatdıraq ki, bu minvalla test kitabları təqdim edilən ali məktəblərə hazırlaşan orta məktəb şagirdləri arasında 530 nəfər 9-cu sinif, 393 nəfər 10-cu sinif və 325 nəfər isə 11-ci sinif şagirdləri olub.
Həmçinin Fondun əməkdaşkarı Rəmzi Şahverdiyev, Aynur Abbasova, Fidan Abbaslı, Ülkər Vəlişova, Nazilə Hüseynova, Kamal Qasımov və başqaları çıxış edərək Masallı Təhsil Fondunun köməyi ilə təhsil alan qızlara qarşıdan gələn smester imtahanlarında uğurlar arzu ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məşhur Məmmədovun təşəbbüsü və maliyyə dəstəyi ilə yaradılan Masallı Təhsil Fondu bugünədək 160 nəfər qızın təhsil almasına köməklik göstərib.
Bundan əlavə Masallı Təhsil Fondu tərəfindən 3 illik fəaliyyət dövründə aztəminatlı ailələrin qız övladlarının hər birinə qayğı ilə yanaşılıb, onların təhsil haqqları və təqaüdlə təmin olunmaları yerinə yetirilib.
Bugün Azərbaycan müharibə vəziyyətində olmasına baxmayaraq ölkəmiz özünün inkişaf və tərəqqi dövrünü yaşayır. Məhz buna görə cəmiyyətdə yüksək biliyə malik ixtisaslı kadrlara ehtiyac var. 44 günlük Vətən Müharibəsində xalqımızın qələbəsi ölkənin bütün istiqamətlərdə inkişaf mərhələsi olmuşdur.
Təhsil Millətin Gələcəyidir!