Azadmedia.az xəbər verir ki, dünən keçirilən növbədənkənar prezident seçkilərində 81,31 faiz səs toplayan Qazaxıstanın hazırkı prezidenti Kasım Cömert Tokayev qalib olub.
Ölkə tarixində ilk dəfə olaraq prezident seçkilərində bülletenə “hamıya qarşı” variantı daxil edilib.
İlkin nəticələri dəyərləndirən Tokayev seçkilərin nəticələrini “tarixi qələbə” kimi qiymətləndirib.
İŞTİRAK 70 FAİZ OLUB
12 milyon qeydə alınmış seçicinin olduğu Qazaxıstanda seçici fəallığı 70 faiz təşkil edib.
Qeyd edək ki, Seçkiləri 139 beynəlxalq müşahidəçi yerindəcə izləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.