YAP Ağcabədi rayon təşkilatının əməkdaşları növbəti səfər şəhid ailəsini ziyarət etmişdir.
Noyabr ayının 19-da YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov və təşkilatın əməkdaşları Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Hüseynov Mirəli Arif oğlunun ailəsini ziyarət etmişlər.
Çay süfrəsi arxasında söhbət zamanı şəhidin atası Hüseynov Arif Möhsüm oğlu Mirəlinin necə vətənpərvər, cəsarətli bir gənc kimi müharibənin ilk günlərindən etibarən döyüşlərə qatıldığını bildirmişdir. Şəhid Hüseynov Mirəli Arif oğlunun Füzuli uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına həlak olduğunu, ölümündən sonra Azərbaycan Respublikasının müxtəlif təltiflərə layiq görülmüşdür.
YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov 30 ilə yaxın düşmən tapdağı altında olan 20% torpağımızın məhz Mirəli kimi qəhrəman oğlanların sücaəti nəticəsində işğaldan azad edildiyini bildirmişdir. Bu qələbənin qazanılmasında canını Vətən yolunda fəda etmiş şəhidlərə allahdan rəhmət, qazilərimizə isə can sağlığı arzulayaraq, Vətənin belə igid və mərd oğulların olması ilə fəxr etdiyini bildirmişdir.
Şəhid atası Arif Hüseynov onların ailəsini ziyarət etdiklərinə görə YAP Ağcabədi rayon təşkilatının əməkdaşlarına öz minnətdarlığını bildirmiş, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə, həmçinin şəhidlərin canı və qanı bahasına əldə edilmiş torpaqlarda bərpa və yenidənqurma işlərinə şəxsən özü nəzarət etdiyinə görə Ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.