AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev Paşinyanla görüşü buna görə LƏĞV ETDİ

  • + A
  • - A
  • 25-11-2022, 13:06

    İlham Əliyev Paşinyanla görüşü buna görə LƏĞV ETDİ


    Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla dekabrın 7-də Brüsseldə planlaşdırılan görüşünün baş tutmayacağını bildirib.

    Bu barədə ölkə başçısı "Orta dəhliz boyu: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

    Prezidentin sözlərinə görə, buna səbəb İrəvan bir gün əvvəl şərt irəli sürməsi olub: "Növbəti iclasın Brüsseldə dekabrın 7-də keçirilməsi nəzərdə tutulmuşdu. Son görüşdə biz noyabrda növbəti təmaslar barədə razılığa gəldik, lakin oktyabrın sonunda Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçidə danışıqlarımız oldu. Dünən mən Şarl Mişelin ofisindən məlumat aldım ki, Baş nazir Paşinyan görüşə bir şərtlə razılaşıb - prezident Makron da danışıqlarda iştirak etməlidir. Bu o deməkdir ki, görüş olmayacaq".

    Respublika lideri xatırladıb ki, Aİ liderlərinin Praqa sammitindən cəmi bir həftə sonra Makron Azərbaycan əleyhinə bəyanatlar verib və bundan sonra Fransa Senatı Ermənistanı dəstəkləyən qətnamə qəbul edib: "Bütün bu halları nəzərə alaraq, Fransa Bakı ilə İrəvan arasında sülh prosesinin bir hissəsi ola bilməz".

    Ölkə başçısı həmçinin qeyd edib ki, Bakı mövcud alternativləri nəzərdən keçirəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR