AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran diplomatı Bakıdakı əyləncə mərkəzində ağır xəsarət aldı

  • + A
  • - A
  • 27-11-2022, 17:00

    İran diplomatı Bakıdakı əyləncə mərkəzində ağır xəsarət aldı


    Bakının Xətai rayonunda əyləncə mərkəzində bədbəxt hadisə baş verib.

    AzadMedia.az APA-ya istinadən xəbər verir ki, hadisə Afiyyədin Cəlilov 22 ünvanında yerləşən əyləncə mərkəzində qeydə alınıb.

    İran vətəndaşı, 1972-ci il təvəllüdlü Hossein Yazdani suya baş vurmaq üçün hovuza atlanıb.

    Bu zaman onun başı hovuzun kənarına çırpılıb.

    O, açıq kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

    Həkimlər diplomatın vəziyyətinin stabil olduğunu bildirir.

    Qeyd edək ki, H.Yazdani İranın Azərbaycanda səfirliyinin ikinci katibidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR