AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Doğru xəbərlər, bilgilər bu bəlanı minimuma endirə, yox edə bilər

  • + A
  • - A
  • 27-11-2022, 17:22

    Doğru xəbərlər, bilgilər bu bəlanı minimuma endirə, yox edə bilər


    Anti-milli ünsürlər tərəfindən bu işlə də bağlı dezinformasiya yayanlar çoxdur, informasiya manipulyasiyası güclü işləyir.

    Azərbaycanda narkomanların sayı rəsmi rəqəmlərdən dəfələrlə çox götürsən belə, dəfələrlə yuvarlaq götürsən belə, yenə də təhlükəli həddə deyil, başqa ölkələrə baxanda, ölkəmizdə bu bəla minimum həddədir, ciddi nəzarət altındadır.

    Narkotik vasitələrdən şəxsi istehlak üçün istifadə etmək böyük faciə, ağır cinayət deyil. Ona görə həmin şəxsləri Polis saxlayıb məhkəməyə təhvil verəndən sonra, məhkəmə buraxırsa, yaxud yüngül cəza verdiyi üçün şəxs bir müddət sonra azadlığa çıxırsa, bu normal haldır, bu bütün dünyada belədir, onlara ağır cəza vermək olmaz.

    Narkotika bütün bəşəriyyətin bəlasıdır, ondan istifadə edən, onun alqı-satqısını həyata keçirən şəxslərə qarşı edam cəza belə tətbiq olunsa, yenə də məsələ kökündən həll olmayacaq.

    Bu barədə yayılan şaiyələr ("narkotik vasitələrin istifadəsi təhlükəli həddədir, güclü mübarizə aparılmır") qərəzli şəkildə, cəmiyyəti qəsdən çaşdırmaq məqsədi daşıyır, anti-milli ünsürlər tərəfindən düşünülüb və yayılan şaiyələrdir.

    Digər hal bəzi günahsız insanlar, hansı ki, yalan informasiyalara tez aldanan psixologiyaya sahib insanlar, özlərindən asılı olmayaraq bu xəbərlərdən panikaya düşərlər və tirajlayarlar, düşünərlər tirajlamaqla yaxşılıq etmiş olurlar, özlərində, qarşısını almaq, faydalı olmaq niyyəti daşısalarda, bilmədən anti-milli ünsürlərin işinə fayda vermiş olurlar.

    Başqa bir hal isə, məhz bu maddələrin qurbanı olmuş bəzi insanlar qəsdən yayarlar belə şaiyələri, onlar bu bataqlıqdan çıxa bilmədikləri üçün, çıxmağa ümidlərinin olmadığı üçün ətrafa belə zərərli informasiyalar yaymağa meyilli olarlar, bir növ, necə ki, ölümcül xəstəliklərə, viruslara, məs. vərəm xəstəliyinə, HIV/QİÇS virusuna və.s xəstəlik və viruslara yoluxan insanların bəziləri, istəyərlər özlərində olan xəstəlikləri, başqa insanlara keçirsinlər.

    Yaxud, bu maddələrlə bir dəfə tutulub və cərimə olanan insanlar var ki, onların yaxın ətrafı, özləri belə şaiyələr buraxırlar, baxmayaraq ki, haqlı cərimə olunublar, qərəzli olduqları üçün ləkələməyə meyilli olurlar, şaiyələr yayırlar. İslah olmaq yerinə.

    Daha çox rayon yerlərində şahidi oluruq, kimsə televiziyalarda, sosial şəbəkələrdə gedən xəbərlərə inanmaya bilər, amma rayon yerlərində yaşayan, yaşamış olan insanlar daha yaxşı bilirlər ki, ən çox, narkotik vasitələr siyahısına daxil edilən, uyuşturucu maddə hesab olunan marixuana (el arasında nəşə kimi tanınan maddə) daha çox rayon yerlərində əkilib və becərilə bilir. Bu narkotik vasitələri əkib becərən şəxslər təbii ki, bunu satmaq məqsədilə edirlər, bu əməlləri qazanc əldə etmək niyyəti daşıyır. Bu insanlar sayəsində, bəzi qohum-qonşuları, ətraf çevrələrində olan insanlar bu maddələrə qurşanırlar, əsasən gənc və yeniyetmələr daha tez bu bataqlığa düşürlər, sonralar artıq yaşa dolsalarda bu və daha ağır narkotik vasitələrin daimi istifadəsindən əl çəkə bilmirlər. Bu insanlar daha sonra xarici dövlətlərə gedirlər, orada daha ağır narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə edirlər, həmin maddələrdən qaçaqmalçılıq yolu ilə ölkəyə də gətirirlər.

    İnsan təbiətən uyuşturucu maddələrə meyilli olur. İstifadə edənlər, sonrakı fəsadlarını ya bilmirlər, ya da ki, görməzdən gəlirlər, ani həzz naminə. Bəzən, "bəzi maddələr guya arıqlamağa kömək edir" yalan bilgilərini verərək və bununla insanları narkotik vasitələrin istifadəçisinə çevirirlər.

    Rayon yerlərində bu maddələri əkib becərən insanlar Polis görəndə əlləri, ayaqları, dizləri əsir, üzlərini çevirirlər, üzlərini gizlədirlər. Çünkü mübarizə qanuni yollarla, ən sərt şəkildə aparılır. Bütün bəşəriyyətin bəlasıdır bu, bunun son illər bütün dünyada artması, bununla mübarizə aparan qurumların məsuliyyəti deyil, onlarla yaxından-uzaqdan əlaqəsi yoxdur, qurumlar məsuliyyət daşımır. Satılmasında əsas səbəblər tamahkarlıqdır, asan varlanmaq istəyidir, bir çox irsi faktorlar rol oynayır, istifadəçisi üçün isə, ailə, valideynlər, ətraf mühit, dost çevrəsi, yenə də irsi faktorlar rol oynayır.

    Məşhur söz var, insanın özündən çox şey asılıdır. Təbii ki, insandan asılıdır. Heç kəs, heç kəsi zorla narkotik maddələr qəbul etməyə dəvət etmir, nədə ki, onun alqı-satqısına cəlb etmir. Bu söz ilk baxışdan sərt görünə bilər, amma ismarıc odur ki, insan bilməlidir ki, özü günahkardır, bu işə giribsə əgər. İstifadə edəndə, alqı-satqısını həyata keçirəndə, seçimi özü edir.

    Mircalal Mehdiyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR