DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən paytaxtın 150-dən artıq yol kəsişməsində hərəkətin tənzimlənməsi təmin edilir.
Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, yollarda real vəziyyətə uyğun işıqtoforların vaxt planları nizamlanır:
"Fiziki müdaxilə zərurəti olduqda məlumat yol polisinin naryadlarına ötürülməklə hərəkətin fasiləsizliyi diqqətdə saxlanılır".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.