Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində əməliyyat keçirib.
Bunu jurnalist Heydər Oğuz sosial şəbəkədə bildirib.
Onun sözlərinə görə, komitənin bir neçə rəhbər şəxsi sorğuya çəkilib. İddialara görə, komitənin fəaliyyətində ciddi yeyintilər və saxtakarlıqlar aşkarlanıb.
Nəzərinizə çatdıraq ki, Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Bəxtiyar İsmayılovdur.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində əməliyyat tədbirləri keçirmiş, Komitənin müxtəlif rəhbər vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək həbs edilib. Naxçıvan Muxtar Respublikası maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.